İsveç - nəhəng bank qruplarının vətənidir, onlar bütün Şimali Avropa ərazisində fəaliyyət göstərir və bir çox digər ölkələrdə təmsil olunur. Stokholmda Nordea, SEB, Handelsbanken və Swedbankın mərkəzi qərargahları yerləşir. Bu “Böyük dördlük” ölkənin maliyyə fəaliyyətinin böyük çoxluğuna nəzarət edir.
Amma ki, İsveçdə həm də ölkə miqyasında, həm də fərqli regionlarda çalışan, 30-dan çox yerli, 50-dan çox əmanət kassası (yerli bələdiyyələrə bağlı) və iki kooperativ bank da var. Həmçinin burada 30-a yaxın əcnəbi bank təmsil olunur, amma onlar bazarda elə də əhəmiyyətli pay sahibi deyillər.
Əmanət banklarının bir qayda olaraq geniş əmanət çeşidləri və əmanət hesabları olur, lakin onların digər funksiyaları məhdud sayda olur və onlar adətən öz regionları çərçivəsinə fəaliyyət göstərir. Əvəzində onlar hər bir müştərini şəxsən tanıyır.
Nəhəng beynəlxalq strukturlar daha çox xidmət təklif edir və onlar bütün ölkə ərazisində 100-dən çox filiala sahib olmaqla, müştərilərə kifayət qədər əlçatandır. Bundan əlavə, sözü gedən banklar vasitəsi ilə başqa ölkələrlə işləmək olduqca asandır.
İsveçdə həmçinin nisbətən dar çərçivəli müştəri kontingenti üçün fəaliyyət göstərən ixtisaslı banklar var. Skandiabanken demək olar ki, tamamı ilə internet bankinqə çevrilib. Sosial məsuliyyət həvəskarları və ekoloji biznes sahibləri üçün İsveçdə xüsusi Ekobanken adlı kooperativ bank vardır. Bu bankın müştərisi olmaq istəyənlər daha bir nüansa hazır olmalıdır: bank verdiyi bütün kreditlər ilə bağlı məlumatları açıq şəkildə ictimaiyyətə yayımlayır.