"2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq" | Banco.az

"2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq"

Hazırda Azərbaycanın avtomobil istehsal həcmi aşağı olsa da, bu sahədə sürətli artım olacağı gözlənilir.

Bu, "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib.

    FS qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi avtomobil istehsalı 5 min ədəddən aşağı olsa da, daha çox istehsal zavodu fəaliyyətə başlayacağı üçün 2024-cü ildən 2028-ci ilə qədər artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözlənilir.

    “2024-cü ilin yanvarında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzavtosanoat” və “Azərmaş” şirkətləri arasında 2026-cı ilədək Azərbaycanda illik gücü 30 min ədəd olan zavodun yaradılması haqqında saziş imzalanıb. Lada tərəfindən planlaşdırılan investisiyalar və İranın Khodro Şirkəti (IKCO) ilə tərəfdaşlıq çərçivəsində 2024-2033-cü illər ərzində istehsal həcminin 43.4% artacağını, 2033-cü ilə qədər illik istehsal həcminin 100 min ədədə yaxınalaşacağını gözləyirik” - FS-nin şərhində əlavə edilib.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et