Ölkəyə yeyinti məhsullarının idxalı artıb | Banco.az

Ölkəyə yeyinti məhsullarının idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-mart aylarında 585 milyon 138 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,4% və ya 2 milyon 83 min dollar artıb.

Məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında idxal edilən yeyinti məhsullarının dəyəri 583 milyon 55 min dollar olub.

Qeyd edək ki, bu ilin birinci rübündə idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 15,77% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et