Loqolardakı rənglərin psixoloji təsirləri: Qəhvəyi | Banco.az

Loqolardakı rənglərin psixoloji təsirləri: Qəhvəyi

Bugünki məqaləmizdə qəhvəyi rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “99 designs” adlı internet saytının bu mövzuda hazırladığı məqaləyə əsasən qəhvəyi rəng ondan öz loqosunda istifadə edən markaya sağlam ciddi bir görünüş verir. Qəhvəyi rəng markaların çox da üstünlük verdikləri bir rəng olmadığı üçün bu rəngdən istifadə edənlər rəqiblərindən daha çox diqqət cəlb edirlər.

“LogoDesignGuru” adlı internet saytının yayımladığı məlumata əsasən, qəhvəyi rəngi kişilərə xas bir rəng olmaqla yanaşı, dünyəviliketibarlılığı da təmsil edir. Eyni zamanda bu rəng, təbiəti də xarakterizə edir. Qəhvəyi rəng sadəliyi, səmimiliyibitərəfliyi səbəbilə ən çox tikinti və hüquq firmaları tərəfindən istifadə edilir. Bununla yanaşı torpağın rəngi olmasına görə kənd təsərrüfatı sənayesində də tez-tez müraciət edilir. Xüsusilə də qəhvə şokolad başda olmaqla bəzi qida məhsulları da ən çox bu rəng ilə təmsil edilirlər.

UPS

ABŞ – ın çatdırılma xidməti şirkəti UPS rəqiblərindən fərqlənmək üçün qəhvəyi rəngdən istifadə edir.

M&M’s

Ən sərfəli kredit üçün müraciət et

ABŞ – ın şirniyyat, heyvan qidası və müxtəlif qida məhsulları istehsalçısı olan “Mars” şirkətinin sahibi olduğu markalardan biri olan “M&M’s” – in loqosunda təkcə qəhvəyi rəngdən istifadə edilmişdir. Bunun səbəbi “M&M’s” – in şokolad istehsalı ilə məşğul olması və qəhvəyi rəngin də şokoladı xatırlatmasıdır.

Gloria Jean’s Coffees

Avstraliyanın qəhvəxana şəbəkəsi olan “Gloria Jean’s Coffees” də öz loqosunda qəhvəyi rəngi seçərək “Starbucks” kimi böyük rəqiblərindən fərqlənir.

The Hershey Company

Dünyanın ən böyük şokolad istehsalçılarından biri olan ABŞ – ın “The Hershey Company” şirkəti də təbii olaraq qəhvəyi rəngə xüsusi əhəmiyyət verir. Qəhvəyi rəngli bir loqoya sahib olan marka, şokolad paketlərində də bu rəngdən tez-tez istifadə edir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et