Dash nədir? Hansı səbələrə görə Bitcoin-dən üstündür? | Banco.az

Dash nədir? Hansı səbələrə görə Bitcoin-dən üstündür?

Son bir neçə ay ərzində Bitcoin-in bir sıra mövzuda aciz qaldığı bəzi məsələlər müəyyən tərtibatçıların gözündən yayınmamış və bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə yeni coinlər yaradılmışdı. Dash həmin coinlərdən biridir, ancaq özünü yaxşı mənada tanıda bildi.

Bitcoin əsasən 3 məslədə problem yaşayır.

Həcmləndirmə (Scalability)

Transfer sürəti

Məxfilik

Bu problemlərə həll kimi yaradılan Dash kriptovalyuta dünyasında bir çox yeniliklə yadda qaldı. Bunlar Dash-ı bir addım irəli apardı. Dash bazar həcminə görə 12-ci yerdədir.

Dash hansı yenilikləri təklif etdi və nələri Bitcoin-dən daha yaxşı bacarır?

Dash yuxarıda qeyd etdiyimiz 3 əsas problemin hər birinə həll yolu tapdı və özünü daha çox istifadə edlən coinə çevirdi. Əməliyyat proseslərini o qədər sürətləndirdilər ki, bazarda paylanmış “Paypal” olaraq ləqəb qazandı.

“Masternode” Dash-ın həmin yeniliklərindən biridir. “Masternode” əməliyyatları sürətli şəkildə həll etmək üçün daxilində seçilmiş müəyyən istifadəçilərə deyilir. Onlar əməliyyatları sürətlə təsdiqləyər, gəlirlərin 45%-nə sahib olarlar. Daha bir neçə mövzuda səlahiyyəti olan “Masternode”-lər əslində şəbəkədə müəyyən bir ağırlığı olan istifadəçilərdir.

“InstantSend” Dash-ın sürətli şəkildə coin göndərmək üçün yaratdığı funksiyadır. Dash-ın “Paypal”-a bənzədilməsi sahib olduğu bu sürətin nəticəsidir. Bu sürəti təmin edənlər “Masternode”-lərdir, Dövlət müəssisəsində nüfuzunuz olduqda işlərinizi necə sürətli həll edirsinizsə, “Masternode” də buna oxşayır.

“PrivateSend” isə adından göründüyü kimi Dash-ın gizlilik mərkəzli funksiyasıdır. Bitcoin-də etdiyimiz əməliyyatlar bir open-ledger-də saxlanılır və burada bütün qeydlər qeyd olunmaya bilir. Tərəflərin adları əvəzinə hash-ları (şifrəli məlumatları) yazılır, amma onlar haər kəsə açıqdırsa, istənildiyi zaman şifrələnə bilərlər.

Arizonada əməliyyatlarına davam edən Dash komandası hazırda təxminən 50 nəfərdən ibarətdir. Paylanmış “Paypal” olaraq görünməsi ümidvericidir, çünki bəzən “Paypal” kimi mərkəzi qurumlar istədikdə müəyyən hesablara pul göndərilməsini dayandıra bilərdi. Bunun nümunəsini “Wikileaks” olaylarında görmüşük. “Wikileaks”-ə pul köçürülməsini dayandırmaq istəyən ABŞ hökuməti “Paypal”-a bu yöndə təzyiqlər etmişdi.

Həmin ərəfədə Satoşi Nakamoto “Wikileaks”-ə Bitcoin istifadə etməyi təklif etmişdi. Daha sonra “Wikileaks” bu təklifi müsbət qarşılamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Nəticə

Sürətli transfer mövzusunda Ripple və Digibyte, təhlükəsizlik mövzusunda Monero kimi rəqiblərinin olmağına baxmayaraq, Dash gələcək üçün böyük ümidlər vəd edir. Son vaxtlar yenidən hazırlanan dizaynı ilə daha çox istifadəçi cəlb etmək istəyən Dash işləyən və istifadə olunan məhsula malikdir. Eyni zamanda, tərtibatçı komandanın kriptovalyuta dünyasına verdiyi töhfələri də nəzərə alsaq, yaxşı bir mövqeyinin olduğunu qeyd lazımdır.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et