Bu bank müştərilərinə 2016 manat hədiyyə edəcək | Banco.az

Bu bank müştərilərinə 2016 manat hədiyyə edəcək

Yeni il yaxınlaşdıqca, Yapı Kredi Bank Azərbaycan müştərilərinə Yeni İl hədiyyəsi etməyə tələsir. Bank hər il Dekabr ayında olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalır. Belə ki, Yeni ili 2016 manatla başlamaq şansı Worldcard müştərilərini gözləyir.

Azərbaycanın qazandıran kredit kartı-Worldcard vasitəsi ilə 17 Dekabr 2015-5 Yanvar 2016 tarixlərində 20 manat və üzəri alış-veriş edən müştərilər 7 Yanvar 2016-cı ildə keçiriləcək lotoreyada iştirak şansı qazanacaqlar. Lotoreyada 3 nəfər qalib seçiləcək və bank tərəfindən Worldcard hesablarına nə az, nə çox, tam 2016 manat bal yüklənəcəkdir. Bank hissəli alış-veriş edənlərə lotoreyada iştirak üçün hissə sayı qədər şans verməkdədir.

Artıq dördüncü ildir ki, Yeni ildə bu ənənəvi kampaniyanı edən Worldcard bu günə kimi 90-dan çox müştərisini Yeni ildə sevindirmiş və yeni ilə gözəl başlamalarına imkan yaratmışdır.

Kampaniyadan Worldcard classic, gold və platinium kart sahibləri yararlana bilərlər. Yapı Kredi Bank Azərbaycana məxsus PulKart və Business kart kampaniyada iştirak etmir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Telefon Mərkəzindən və www.worldcard.com.az internet adresindən, eyni zamanda bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etməklə öyrənə bilərsiniz.

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard istifadəçilərinə fürsətlərlə zəngin bir dünya təklif edir. Geniş alış-veriş şəbəkəsinə sahib olan Worldcard-la World Üzv Ticarət Obyektlərində edilən alış verişlərdə bal  qazana və hissə-hissə ödəmə imkanlarından faydalana, daima keçirilən  kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən yararlana bilərsiniz.  Sizə ən uyğun Worldcarda sahib olmaq üçün ən yaxın məsafədə yerləşən Yapı Kredi Bank Azərbaycan filialına yaxınlaşa, və ya  www.worldcard.com.az  saytından onlayn sifariş edə bilərsiniz. Qeyd edək ki, artıq Classic Card-lara illik üzvlük haqqı tətbiq olunmur.

Ən sərfəli krediti almaq üçün müraciət et