Yapı Kredi Bank Azərbaycan | Banco.az

Yapı Kredi Bank Azərbaycan

Ünvan: 
Bakı şəhəri Nəsimi rayonu, 628-ci məhəllə, Cəlil Məmmədquluzadə küçəsi 73 G
Telefon: 
(+994 12) 497 77 95
Filialı: 
16
Bankomatlar: 
28
E-poçt: 
info@yapikredi.com.az
CEO: 
Cenk Yüksel
Kredit
Call center: 
*0444
Əlavə məl.: 

Koçbank Azərbaycan LTD QTS Bankı Türkiyənin nüfuzlu sənaye qrupu olan Koç Holdinginin sahib olduğu Koçbank A.Ş. (80%) və Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (20%) ortağı ilə qurulmuşdur.

Koçbank Azərbaycan Ltd Azərbaycan Respublikası Milli Bankının tələblərinə uyğun olaraq 5,000,000 (beş milyon) ABŞ Dolları həcmində nizamnamə Fondu ilə təşkil olunmuş, 21 oktyabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bank fəaliyyəti üçün tələb olunan lisenziyanın alınması üçün Milli Banka müraciət etmişdir. Müraciət müddəti ərzində bank personalı işə alınmış, onlara Türkiyənin Koçbank A.Ş. bankında uzun müddətli bank işi iləəlaqədar müvafiq təlimlər keçirilmişdir, fəaliyyət göstəriləcək yerdə təmir və hazırlıq işləri tamamlanmışdır. 11 Yanvar 2000-ci il tarixdə 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Milli Bankından lisenziya alınmışdır. Bank Azərbaycan Milli Bankı tərəfindən verilmiş lisenziyalarda göstərilən əməliyyat növlərini həyata keçirir.

ətraflı

2001-ci ilin sonlarında Koç Grupun maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərini birləşdirmək və səhmlərin böyük bir hissəsini ələ keçirərək effektivliyi artırmaq məqsədi ilə Koç Grupu və Uni Credito İtaliano SPA arasında “Koç Maliyyə Xidmətləri A.Ş.” üzrə 50%-50% əməkdaşlığa dair niyyət protokolu imzalandı. Əməkdaşlıq müqaviləsi Milanda 2002-ci ilin may ayında imzalanmışdır və bu proses 2002-ci ilin oktyabr ayının 21-də tamamlanmışdır. Bunun nəticəsində, Koç Grupunun maliyyə sektorunda olan səhmləri (Koçbank, Koç Lease, Koç Faktoring, Koç Invest, Koçbank Nederland N.V., Koçbank Azərbaycan QTSB və Koç Aktivlərinin İdarə Edilməsi) “Koç Maliyyə Xidmətləri” və Uni Credito İtalyano arasında bölüşdürülmüş və Koç Grupu “Koç Maliyyə Xidmətləri”nin bərabər hüquqlu ortağı olmuşdur.

2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.

2004-cü ilin Avqust ayında Koçbank Azərbaycan QTS Bankı Nizamnamə Kapitalını 2,000,000 (iki milyon) ABŞ Dolları məbləğində artırmışdır.

Koçbank Azərbaycan 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır. Beynəlxalq arenada bankların birləşməsinin başlıca səbəbi gərgin rəqabət şəraitində bazar paylarının artırılması və bununla bərabər daha iri layihələrin reallaşdırılması üçün səhmdarların sərmayə qoyuluşu imkanlarının genişləndirilməsidir.

Qloballaşma prosesində Türkiyə bankçılıq bazarında Koçbank və Yapı Kredi Bankasının birləşməsi də bu təməl üzərində qurulmuşdur. Bank xidmətləri sahəsində Yapı Kredi Bank Azərbaycan QSC-nin təklif etdiyi məhsul çeşidi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə artıracaq və geniş çeşidli məhsulların, texnoloji yeniliklər və üstünlükləri ilə maliyyə xidmətləri bazarında layiq olduğu yeri tutacağına əmindir. Bu hədəfi reallaşdırmaq üçün fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edir:

a) beynəlxalq sərmayə bazarında fəal iştirak;

b) korporativ və fərdi müştərilərin ehtiyaclarının ödənilməsi;

c) layihələrin maliyyələşdirilməsində beynəlxalq qaynaqlardan Azərbaycan bazarına uyğun şəkildə istifadə;

d) Filialların sayının artırılması yolu ilə daha çox müştəri xidmətləri nöqtələrinin qurulması;

e) Risklərin idarə olunması üzrə beynəlxalq standartlarla Azərbaycan kredit bazarında daha fəal mövqe tutmaq.

Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yiğincaği, müşahidə şurasi, audit komitəsi və idarə heyətindən ibarətdir.

Hal-hazırda Bankın Bakı şəhərində “Mərkəz”, “28 May”, “Azadlıq”, “Səbail” , “Əhmədli”,” Elmlər” “Babək”, “Həzi Aslanov”, “Nərimanov”, “Babək Plaza”, “Dərnəgül”, “Cəfər Cabbarlı”, “Memar Əcəmi”, filialları, “İnşaatçılar”, “Yasamal” və iki müştəri Xidmətləri Departamenti, Gəncə şəhərində isə “Gəncə”, Sumqayıt şəhərində isə “Sumqayıt” filialı fəaliyyət göstərir.

“Yapı Kredi Bank Azərbaycan” QSC 2014-cü ilin sonunda aktivlərinin həcmini 352,442,986 manat məbləğinə qədər artdırıb. Hesabat tarixinə bankın depozit portfeli 167,485,49 manat, kredit portfeli isə 267,467,38 manat təşkil edib. Bank 3,056 hüquqi və 186,466 fiziki şəxsə müxtəlif növ bank xidmətləri göstərir. Bank işçilərinin ümumi sayı 400 nəfərdən çoxdur Bank önümüzdəki zamanlarda da, filiallarının sayını artırmağı və müştərilərə daha geniş şəbəkə üzərindən xidmət etməyi planlaşdırır. Bankın Almaniya, ABŞ, İtaliya, Türkiyə, Hollandiya və Rusiyada müxbir hesabları var.

Bankın vəzifələri sırasında məhsul çeşidinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi yer almaqdadır. Bankın 27 ATM və 31 Mart 2015 tarixinə olan statistikaya görə 2857 ədəd POS Teminalı mövcuddur.

 

Press Reliz