Sony şirkətinin səhmləri xeyli ucuzlaşıb - Rekord göstərici | Banco.az

Sony şirkətinin səhmləri xeyli ucuzlaşıb - Rekord göstərici

2016-cı ilin iyun ayından bu günə qədər ilk dəfə Sony şirkətinin səhmlərinin sürətli şəkildə ucuzlaşması müşahidə edilib. Hesablamalar nəticəsində şirkət səhmlərinin qiyməti 8,2 % aşağı düşüb. 

Hal-hazırda bir səhmin qiyməti 5000 yen (təqribən 77 manat) təşkil edir.

Fevralın 1-i tarixində Sony şirkəti dördüncü rüblük və 2018-ci ilin nəticələrini elan edib. Göstəricilərə əsasən: sonuncu rüb ərzində oyun sektorunun gəliri azalaraq təxminən 14 %, PS4 konsullarının (Play Station cihazlarının) satışından əldə edilən gəlir isə 81 milyon təşkil edib. Ötən il isə bu göstərici 9 milyon olub.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət eyni zamanda maliyyə ili üçün proqnozlaşdırılan satışların həcmini də azaldıb. Qeyd edək ki, maliyyə ilinin sonu mart ayında bitəcək və gəlirlər 8,7 trilyon əvəzinə 8,5 trilyon yen təşkil edir. Buna baxmayaraq, şirkət nümayəndələri 2018 ci il ərzində yüksək gəlir əldə edəcəklərini gözləyirlər.

Həmçinin oxu: “Sony” robot it yaradır

Ən sərfəli krediti almaq üçün müraciət et