Karyera qazanmaq üçün pul vermək düzgündürmü? | Banco.az

Karyera qazanmaq üçün pul vermək düzgündürmü?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu gün Azərbaycanda kifayət qədər karyera mərkəzləri olsa da, onların iş fəaliyyətindən razı qalan az insan var.

Mövzu barədə Banco.az-a açıqlama verən İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyib ki,burada əsas məqsəd baş qatıb, nəsə iş görmüş kimi təqdim etmək deyil, həqiqətən iş görməkdir:

 “Karyera mərkəzləri adətən universitetlərin, kursların tərkibində olur.  Burada əsas məqsəd gənclərin işə karyeralarına yardımçı olmaqdır. Pul qazanmaq isə ikinci detaldadır. Ümumiyyətlə, bu karyera mərkəzlərinin  pul qazanmaq məqsədləri yoxdur. Amma bəzi universitetlərdə bu işi yaxşı icra etmirlər. Yaxşı olardı ki, karyera mərkəzləri daha çox işə fokuslansınlar, nəyinki zamanı boş yerə sərf etməyə”.

Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova isə düşünür ki, pul ödəyib təcrübə qazanmaq bir az qəribə görünür:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanda karyera mərkəzləri təcrübəsi olmayan insanlardan 150-200 manat alıb onlara təcrübə verirlər.
Görəsən, dünyanın hansısa ölkəsində belə biznes-model mövcuddur? Bir tərəfdən şirkətləri anlayıram. Tələbat olanda təklifdə yaranacaq. Amma digər tərəfdən təcrübə qazanmaq üçün ödəniş etmək ehtiyacı yaranması biraz qəribə gəlir.
Vəziyyət odur ki, təcrübəsi olmayan insan ümumən biznesə və ya iqdisadiyyata lazım deyil. İnsanlar da məcbur qalıb ödəniş edirlər ki, sonra işə düzələ bilsinlər. Güman edirəm ki, bu anormal vəziyyət nə vaxtsa bitəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et