Mobil internetin ən sürətli olduğu 10 ölkə | Banco.az

Mobil internetin ən sürətli olduğu 10 ölkə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin mart ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Qətər (313.30 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (296.00 Mbps) ikinci, Küveyt (228.64 Mbps) üçüncü olub.

148 ölkə arasında sonuncu yerdə Kuba (4.01 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 56-cı (50.12 Mbps) olub. 

Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Mart, 2024):

  1. Qətər – 313.30 Mbps
  2. BƏƏ – 296.00 Mbps
  3. Küveyt – 228.64 Mbps
  4. İslandiya – 158.32 Mbps
  5. Cənubi Koreya – 156.23 Mbps
  6. Danimarka – 145.75 Mbps
  7. Çin – 143.73 Mbps
  8. Niderland – 135.52 Mbps
  9. ABŞ – 129.26 Mbps
  10. Makau (Çinin xüsusi inzibati bölgəsi) – 127.39 Mbps​

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et