Bu ölkənin əhalisi Ukraynadan gələn miqrantlar hesabına kəskin şəkildə artıb | Banco.az

Bu ölkənin əhalisi Ukraynadan gələn miqrantlar hesabına kəskin şəkildə artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyanın əhalisi 2024-cü ilin əvvəlində 7,3 min nəfər artıb.

Banco.az xəbər verir ki, ölkənin statistika idarəsinin məlumatına görə, əhalinin artımı ölkəyə gələn miqrantlar hesabına təmin edilib. Ən çox yeni sakinlər Helsinkidə və paytaxt regionunda qeydə alınıb. İlin əvvəlindən 3 min insan Finlandiyadan başqa ölkələrə gedib.

Finlandiya parlamenti Finlandiya vətəndaşlığını əldə etməyi çətinləşdirmək üçün payızda qanun layihələri təqdim etməyə hazırlaşır. Vətəndaşlıq almaq üçün tələb olunan ölkədə yaşama müddətini indiki 5 ildən 8 ilə qədər artırmaq niyyətindədirlər.

Qeyd edək ki, Finlandiyada ölüm halı hələ də doğum nisbətini üstələyir.Bu ölkədə 2024-cü ilin birinci rübündə doğulanların sayı ölənlərin sayından 4,3 min nəfər az qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et