AMB Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə edib | Banco.az

AMB Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

    "Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu. Baş vitse-prezident, Mərkəzi bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə T.Kazımov qeyd edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et