“Sony” robot it yaradır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Sony” robot it yaradır

Yaponiyanın “Sony” şirkəti yeni robot ev heyvanını təqdim etməyə hazırlaşır.

İKT.lent.az-ın Nation-news.ru saytına istinadən verdiyi məlumata görə, bu, süni intellektə malik it olacaq.

Bu, şirkətin son 12 ildə ilk tərtibatı olacaq. Yenilənmiş robotu internetə qoşmaq mümkün olacaq. İtin vərdişlərini isə maksimal dərəcədə real düzəltməyə çalışacaqlar.

Özünün robototexnika biznesi dünyasına qayıdışını elan edən “Sony” şirkəti qeyd edib ki, robot-itin proqram təminatı şifrəsi açıq olacaq. Bu isə onun üçün edilir ki, sahibləri istədikləri vaxtı iti proqramlaşdıra bilsinlər.

Tərtibatçıların “Aybo” adlandırdıqları əfsanəvi robot it 2018-ci ilin yazında istehsal ediləcək.