Şəxsi biznesə başlamağın vaxtı çatdığını göstərən 4 əlamət | Banco.az

Şəxsi biznesə başlamağın vaxtı çatdığını göstərən 4 əlamət

“MarketWatch”un məlumatına görə, 40 milyondan çox amerikalının əsas işiylə yanaşı kiçik şəxsi biznesi də var və buradan da əlavə gəlir qazanır. “LogoMix” korporativ dizayn şirkətinin baş direktoru Kreyq Bloum işi atıb şəxsi biznesə başlamağın vaxtı çatdığını göstərən 4 əlaməti açıqlayır.

Həmçinin oxu: Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı

İşiniz hələ də sizə maraqlı gəlir və yalnız hərdən çətinlik yaradır?

Əgər cavabınız “hə”dirsə, hələ yarım il və ya bir il də indiki iş yerinizdə qala bilərsiniz. Bu, yaxın gələcəkdə sahibkar olmaq istəyən əməkdaşlara faydalı ola bilər.

“Tabe olan şəxs qismində qazandığınız vərdişlər həmişə sizinlə qalacaq, — biznesmen deyir. —

Əgər siz hələ öyrənməyə, özünü inkişaf etdirməyə davam edirsinizsə və işdən zövq alırsınızsa, ola bilsin ki, bir müddət də o işdə qalmalısınız. Çünki orada sərf etdiyiniz vaxt təcrübə, şəxsi əlaqələr, vərdiş və bacarıqlar şəklində sizə qayıdacaq”.

Həmçinin oxu: Bu 5 Sualda Uğurlu Karyeranızı Qurun!

Əlavə işiniz sizə gəlir gətirirmi?

Bolum işdən ayrılmazdan əvvəl bəzi məqamları dəqiqləşdirməyi, proqnozlaşdırmağı tövsiyə edir:

  • Startap indi nə qədər qazanır?

  • Əsas işi atıb sırf startapa fokuslananda sahibkar nə qədər qazanacaq?

    Ən sərfəli kredit üçün müraciət et

  • Bu pul sizi, bütün tələbatlarınızı və məqsədlərinizi təmin etmək üçün kifayətdirmi?

“Əgər cavablarınız sizi qane etmirsə, müvəqqəti olaraq cari işinizə davam edin. Maliyyə asılılığınız ondan qurtarana qədər”, — ekspert izah edir.

Sizin bazarda kifayət qədər müştəriniz var ki, biznes inkişaf etsin və gəlir gətirsin?

Bloum xəbərdarlıq edir ki, müştərilər çoxillik təcrübəsi olan, etibarlı, nüfuzlu şirkətlərə üstünlük verir, “noname-startup”lara (adı tanınmayan startaplara) deyil. Bundan başqa, biznesin elə müştəri bazası olmalıdır ki, ən böyük alıcı şirkəti tərk etsə belə biznesin fəaliyyətinə xələl gəlməsin.

“LogoMix”in təsisçisi ilk növbədə müştəri bazası formalaşdırmağı tövsiyə edir. Daha sonra xidmət modelini müəyyənləşdirmək və məhsul/xidməti bazar tələbinə uyğunlaşdırmaq olar. Əgər startap konkret bir sahəyə yönəlibsə, təhlil etmək lazımdır ki, həmin sahənin hüdudlarına çıxmaq olarmı, biznesi genişləndirməyə şərait varmı və s.

Startapı daha artıq bir şeyə necə çevirmək barədə təsəvvürünüz varmı?

“Özünüzə əmin olun ki, şirkəti yüksəkgəlirli edəcək və onun sabit inkişafını təmin edəcək öncəgörməniz var. Əgər yoxdursa, işinizi atmayın, özünüinkişafa davam edin.

"Zamanla təsəvvür formalaşacaq. Əgər bu, baş verməzsə, siz yenə də sevinəcəksiniz ki, uğurlu biznesin “yol xəritəsini çəkməmiş” işi atmamısınız”.

Oktyabrda Stenford universitetinin psixologiya üzrə eksperti və “Qarmaqda. Vərdiş yaradan məhsullar necə ərsəyə gəlir” kitabının müəllifi Nir Eyal gələcəyin əməkdaşı haqqında öz fikrini bildirib. Ekspert diqqəti gələcəyin işçisinin ən böyük vərdişi adlandırıb.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et