Bu 5 Sualda Uğurlu Karyeranızı Qurun! | Banco.az

Bu 5 Sualda Uğurlu Karyeranızı Qurun!

Treninqlər, şəxsi kouçlar və özünüinkişaf kitabları əsrində yaşayırıq. Bu, bizə imkan verir ki, bütün suallara öz mütəxəssisindən cavab tapaq. Karyera məsləhətçisi Laura Qarnett hesab edir ki, sevimli işi tapmaq üçün bir qalaq ədəbiyyat oxumaq, seminarlara pul xərcləmək lazım deyil. Özünüzə qarşı səmimi olub 5 suala dürüst cavab vermək kifayətdir.

Həmçinin Oxu: Karyera qurmaq istiyirsinizsə, bunları bilməyiniz məsləhətdir

1. Sizin istedadınız nədir?

Özünüzün unikal güclü tərəflərinizi müəyyən etmək lazımdır ki, hansı işin sizə uyğun olduğunu anlayasınız. İş yerində qarşılaşdığınız və sizi zərbə altında hiss etdirən situasiyaları xatırlayın. Bunun səbəbi nə idi? Hansı problemlərlə qarşılaşmısınız və məsələni necə həll etmisiniz? Güclü tərəflərinizə fokuslanmaq və onları inkişaf etdirmək sizin düşüncə tərzinizi təkmilləşdirməyə kömək edəcək.

2. Sizə nə zövq verir?

Biz işdən özünüifadə gözləyirik, əməyimizin başqalarına müsbət yöndə təsir etdiyinə əmin olmaq istəyirik. Lakin biz fərqliyik və özümüzü fərqli üsullarla realizə edirik. Özünüz üçün işdən maksimum həzz aldığınız xüsusi məqamları qeyd edin. Siz nə kimi müsbət dəyişiklik edirsiniz? Nümunələr axtarın.

İşçilər əksər hallarda dərin problemləri həll etdikdə işdən daha çox zövq alırlar. Çünki özlərini lazımlı, faydalı, cəsarətli hiss edirlər.

3. Özünüzə əminsiniz?

Özünəinam səviyyəsi daim dəyişilir, odur ki, böyük rəsmi görmək önəmlidir: uzunmüddətli perspektivdə biz özümüzə nə dərəcədə güvənirik?

Bu sualın cavabı çox əhəmiyyətlidir, çünki özünəinam işə sevginin zəmanətidir. Özünəinam aktiv işləməyə, komfort zonasından çıxmağa, üzərinə risk götürməyə və çətin məsələlərin öhdəsindən gələn insan obrazı yaratmağa zəmin yaradır. Anlamaq vacibdir ki, hansı amillər özünəinam hissinizi azaldır və ya artırır. Onun azalma səbəblərini müəyyən etməklə zəif cəhətləri inkişaf etdirmək və daha yaxşı nəticələr əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

4. Siz təslim olmağa meyllisiniz?

İşlər pis gedəndə işləməyə davam edirsiniz? Uğursuzluqda inkişaf perspektivi görürsünüz? Məqsədinizdən əl çəkməyəcək qədər inanırsınız özünüzə? Yaxud uğursuzluğu işarət kimi qiymətləndirirsiniz və belə qənaətə gəlirsiniz ki, kifayət qədər qabiliyyətli deyilsiniz və bu iş sizlik deyil?

İşdəki əsl xoşbəxtliyin sirri: Prosesi də ən az nəticə qədər sevin. Sevdiyin işlə məşğul olmaq üçün xarakterini möhkəmləndirmək və özünüinkişaf etdirmək səylərini artırmaq lazımdır. Mənəvi güc problem və uğursuzluqlara sinə gərməyə kömək edir, çünki karyera və iş mühitində baş verən çətinliklərin öhdəsindən gəlmək üçün zəruri elementdir.

5. Sizin üçün nə daha əhəmiyyətlidir? İşin gedişatından zövq almaq ya nəticə?

Sırf nəticə ilə maraqlanırsınız? Müqavilələr bağlamaq, məqsədlərə çatmaq və ya öhdəliklər siyahısındakı maddələri çıxdaş etməyi sevirsiniz? Hamımız beləyik. Hər dəfə yaxşı bir nəticə əldə edərkən dofamin dozamızı alırıq və özümüzü əla hiss edirik. Lakin belə eyforiyalar tez keçir. İşdəki əsl xoşbəxtliyə çatmağın yolu prosesi nəticə ilə eyni səviyyədə sevməkdən keçir. Bu, asan deyil, cəmiyyət işin verdiyi həzzdən daha çox yekun nəticəni qiymətləndirir.

Prioritetləri müəyyənləşdirmək lazımdır. Ola bilsin ki, zövq verməyən və ya sizi qorxudan işdən imtina etmək lazım gələcək. Lakin əvəzində daha cəsarətli olacaqsınız və bu sizin işinizi daha cəlbedici və az stressli edəcək.

İlk növbədə özünü dərk etmək lazımdır. Özünüzü hər nə qədər yaxşı tanısanız, sizə zövq verən işi tapmaq ehtimalınız dabir o qədər yüksək olacaqdır. Kor-koranə uğur dalınca qaçmayın, kamilləşməyə çalışın, onda uğur özü sizi tapacaq.

Həmçinin Oxu: ABŞ-da karyera və biznes qurmaq üçün 10 ən uğurlu şəhər

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç