ABŞ-da ipoteka qiymətləri ən aşağı həddə çatdı | Banco.az

ABŞ-da ipoteka qiymətləri ən aşağı həddə çatdı

ABŞ-da ipoteka kreditlərinin qiyməti cari ilin əvvəlindən 11-ci dəfədir tarixi minimum həddinə çataraq son 13 həftədir 3 faizdən aşağı səviyyədə qalır.

“Freddie Mac” dövlət ipoteka şirkətinin hesabatına görə, hazırda 30 illik ipoteka kreditlərinin orta illik dərəcəsi ötən həftədəki 2,81 faizə qarşı bu gün 2,8 faiz təşkil edib ki, bu da sözügedən göstəricinin hesablanmağa başladığı 1971-ci ildən bu yana ən aşağı həddir. Ötən il ərzində həmin dərəcə orta hesabla 3,9 faiz, 2018-ci ildə isə 4,54 faiz olub.

Həmçinin 15 illik kreditlər ötən həftədəki 2,35 faizə qarşı hazırda 2,33 faiz, 5 illik kreditlər də 2,93 faizə qarşı 2,9 faizlə verilir. Həmin dərəcələrdə müvafiq komissiya və s. ödənişləri əhatə etmir.

“MarketWatch” xəbər verir ki, ipotekanın ucuzluğu alıcıları cəlb edərək əvvəlki kreditlərə dair ödəmələrin artmasına gətirib çıxarsa da, satışa çıxarılan evlərin azlığı ilə yanaşı, daşınmaz əmlakın bahalaşmasına səbəb olur.

Bununla yanaşı, 10 illik “US Treasuries” dövlət istiqrazlarının karlılıq dərəcəsi ötən həftədəki 0,737 faizə qarşı dünən 0,838 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et