Ürəyimdən kredit keçir | Banco.az

Ürəyimdən kredit keçir

"Ürəyindən nə keçir" sualına olan cavabların əksəriyyətinin həlli pula dayanır. Heç birimiz inkar edə bilmərik ki, çox şeyin reallaşması üçün pul lazımdır.

Belə bir söz var: "Pul hər şeyi həll etmir, amma çox şeyi həll edir"

Əgər sizində pulun həll edə biləcəyi problemləriniz və ya istəkləriniz varsa və bunun üçün pula ehtiyacınız varsa, optimal variant kimi kredit üçün banklara müraciət edə bilərsiniz.

Son günlər hər yerdə Kapital Bankın "Ürəyindən nə keçir?" sualına rast gəldiyimiz üçün Banco.az olaraq bu sualı araşdırmağa qərar verdik.

Söhbət Kapital Bankın “Ürəyindən keçənlər üçün” adlı yeni aksiyasından gedir. Aksiyanın şərtlərinə görə hər cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti ala bilərsiniz. Kreditin müddəti  isə maksimum 40 ay təşkil edir.

Sual yaranır: Bu şərtlər sərf edirmi?

Əslində məsələyə düz məntiqlə yanaşsanız ümumiyyətlə kredit götürmək haqqında düşünməməlisiniz.

Yox əgər sizin həqiqətən kredit götürmək kimi bir fikriniz varsa, bu aksiya əslində tam istəyinizə uyğundur.

- Kredit manatla təqdim olunur (Dolların məzənnəsindəki dəyişiklik sizi qorxutmayacaq)

- Arayış təqdim etməyəcəksiniz (Çünki sizdən tələb olunan yeganə şərt Kapital Banka məxsus maaş və ya pensiya kartının olmasıdır)

Kreditin müddəti 40 ay olsa da siz krediti daha tez bağlaya və bununla da daha az faiz ödəyə bilərsiniz.

Necə?

Əslində aksiyanın şərtləri müştərilərin ödəniş rahatlığı üçün düşünülüb. Belə ki, bank müddəti uzatmaqla məbləği aşağı salıb. Siz istəsəniz 40 aya 78 manat ödəyə bilərsiniz. Yaxud da aylıq ödənişlərinizi daha çox ödəyərək kreditinizi tez bağlaya bununla da faizi aşağı sala bilərsiniz.

“Ürəyindən keçənlər üçün” aksiyası çərçivəsində verilən kreditin illik fazi dərəcəsi 26%-dən başlayır, komissyon haqq isə 1% təşkil edir.

Bir şeyi unutmaq olmaz ki, pul krediti götürdüyünüz hər yerdə faiz ödəməli olacaqsınız. Burada önəmli olan aylıq məbləği ödəyə bilməyinizdir.