Banco.az | Tezliklə

ABA-dan özəl kredit bürolarının yaradılması ilə bağlı növbəti addım

18 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumuniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan İsveç mərkəzli “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşmüşdür.Bu barede Banco.az ABA-ya istinadən xəbə'r verir.

Azərbaycanca

Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir

Banco.az Trend-da istinadən xəbər verir ki, depozit hərracı keçiriləcək.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti depozit hərracı keçiriləcək.

Azərbaycanca

Azərbaycanda bank qanunvericiliyinin təkmilləşdirilməsi təklif olunur

Azərbaycan bankları bu sahəni birbaşa və dolayı yolla tənzimləyən qanunvericilik bazasının sürətlə dəyişdirilməsini təklif edir. "Report"un əldə etdiyi məlumata görə, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının bankların rəhbər şəxsləri ilə bu günlərdə keçirdiyi görüşdə əsas müzakirə predmeti olub.

Azərbaycanca

Bağlanan bankın lisenziyası yenidən bərpa oluna bilər

Ali Məhkəmə “United Credit Bank”la bağlı son qərarı ilin sonunadək verəcək.

Bu ilin yanvar ayında lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC (“UCB”) məhkəmə yolu ilə lisenziyasını bərpa etməyə çalışır. 

Azərbaycanca

Sərfəli qiymətlərlə debet kartları

Məlumdur ki, debet kartları bizə nağd vəsaitlərimizi rahat bir şəkildə kartımızda daşımağa və eləcə də, ödəmələrimizi istər online, istərsə də nağd şəkildə etməyə kömək edir.

Azərbaycanca

Dollar dəyişmək üçün ən sərfəli banklar

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbank” və “Bank Silk Vey”dir. 

Banco.az Fins.az-a istinadən xəbər verir ki, bu bankda Amerika valyutası 1,6800 manata alınır.

Azərbaycanca

Bank BTB ASC-dən Visa Gold və Visa Platinum plastik kartlar sahiblərinə yeni imtiyazlar

Bank BTB ASC Gold və Platinum plastik kart sahiblərinə bildirir ki, Visa-dan yeni və möhtəşəm imtiyazlar və imkanlar təqdim olunur. Premium plastik kart sahibləri müxtəlif  mağazalarda 15% başlayan güzəştləri əldə edəcəklər. Əlavə olaraq “Google Play” və “App Store” proqramlarını tətbiq edərək bütün təklifl­ər v­ə imtiyazlar  haqqında xəbərləri dərhal öyrənəcəksiz. Təklifin müddəti 30 Aprel 2017–ci ilədəkdir. Endirimlər Debet və Kredit kart tipləri üçün etibarlıdır.

Azərbaycanca

Azərbaycan nefti daha 2% bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,18 dollar və yaxud 2,35% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,47 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (19.08.2016)

Azərbaycan Mərkəzi Bankı 19 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 19-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6204 manat təşkil edir.

Azərbaycanca

Manatın taleyi ilə bağlı yeni proqnoz

İkinici devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı (1,64).

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »