Azərbaycan Mərkəzi Bankı 23 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7146 manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankı 23 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7146 manat təşkil edir.
Bildiyiniz kimi Beynəlxalq ticarət bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidi qarşısındakı dəyəri vasitəsilə həyata keçirilir. Maliyyə bazarlarında investorlar bu dəyərlərdə görülən artım və ya azalma vasitəsilə əməliyyatlarını həyata keçirir və pul qazanır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 23.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7146 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, noyabrın 22-də USD/AZN rəsmi məzənnəsi 1,7091 səviyyəsində olub.
Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq. Bu məqsədlə Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı" QSC- yə texniki yardım göstərəcək. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
"Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir". Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
"Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) yaradılması işsizlik probleminin həllinə böyük töhfə verə bilər".
Bunu Avropa İttifaqının Bakı limanına göstərdiyi texniki yardım layihəsinin beynəlxalq eksperti Toni Restal (Tony Restall) deyib.
"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək. Bu barədə bank dairələrindən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq.
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nəcmu xalis mənfəəti 129,335 mln. manat, xalis zərəri isə 572,848 mln. manat təşkil edib. Bununla da ümumilikdə bank sektoru bu ilin ilk 9 ayını 443,512 mln. manat zərərlə başa vurub.
Dolların 6 valyutadan ibarət səbətə qarşı indeksi 0,16% ucuzlaşaraq 100,89 səviyyəsinədək geriləyib. Banco.az xəbər verir ki, beləliklə, ABŞ-ın milli valyutasının indeksi 13,5 illik maksimum səviyyədən, yəni 101,48-dən aşağı enib.