Banco.az | Tezliklə

Sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub

"Qala Həyat Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb. 

Məlumata görə, hazırda "Qala Həyat Sığorta"ya müvəqqəti olaraq şirkətin İH-nin üzvü (həm də Satış departamentinin direktoru) Azər Əlizadə rəhbərlik edir.

Azərbaycanca

Mərkəzi Bank 50 mln manat depozit cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. 

Məlumata görə, hərracda 50 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb 52 mln. manat təşkil edib. 

Azərbaycanca

Azərbaycanda oktyabrda əhaliyə 200 mln. kubmetr qaz satılıb

Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.

Azərbaycanca

Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.

Azərbaycanca

Dollar 9 aylıq maksimumu yeniləyib

Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.

Azərbaycanca

SOCAR istiqrazlarının alış-satış qiyməti kəskin dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyət

Azərbaycanca

Kapital Bank-ın yenilənmiş Cəfər Cabbarlı filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Cəfər Cabbarlı filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, C.Cabbarlı küçəsi,13 (Nizami metrostansiyasının yaxınlığında)ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycanca

Azərbaycan prezidenti Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Mənbə: Apa.az

Azərbaycanca

"Turanbank"da yeni təyinat olub

"Turanbank" ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib. Bu barədə Bankın saytına istinadən xəbər verilir.

Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.

Azərbaycanca

"Aqrarkredit" ABB-yə borcunu qaytara bilməyən şirkətin səhmdarı olub

Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb. "Kommersant" qəzetinə istinadən xəbər verilir ki, "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »