Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.
Dollar 9 aylıq maksimumu yeniləyib
Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyət
Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Cəfər Cabbarlı filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, C.Cabbarlı küçəsi,13 (Nizami metrostansiyasının yaxınlığında)ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycan prezidenti İlham Əliyev noyabrın Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mənbə: Apa.az
"Turanbank" ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib. Bu barədə Bankın saytına istinadən xəbər verilir.
Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.
Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb. "Kommersant" qəzetinə istinadən xəbər verilir ki, "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur.
Türkiyədən xaricə pul transfertlərinin həcminə görə Özbəkistan ilk pillədə qərarlaşıb. Mərkəzi Asiya ölkəsinin Türkiyədən xaricə köçürülən pullardakı payı 36,9%-dir. Statistikaya əsasən, Türkiyədən Özbəkistana hər bir əməliyyat üzrə pulköçürmələrin orta məbləği 497 ABŞ dolları təşkil edib.
Çinin Xalq Bankı bu ölkənin milli valyutası olan yuanın dollara qarşı məzənnəsini 0,26% zəiflədib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar azalaraq 43,38 dollar təşkil edib.