DəmirBank Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən tərtib olunan ipoteka kreditləşməsi üzrə ölkə banklarının reytinq cədvəlində birinci yeri tutub.
2013-cü ilin nəticələrini əks etdirən bu göstəricilər AİF-in saytında dərc olunub. Statistikaya əsasən DəmirBank-ın verdiyi ipoteka kreditlərinin 976 ədədi AİF tərəfindən yenidən maliyyələşdirilib. Bu da Müvəkkil Kredit Təşkilatları arasında ən yüksək göstəricidir.
