DəmirBank 2 noyabr – Nar Bayramı münasibətilə Göyçayda keçirdiyi güzəştli kredit aksiyası 25 dekabr 2013-cü il tarixinədək davam edir.
DəmirBank-ın Nar bayramı münasibətilə keçirdiyi güzəştli kredit aksiyası davam edir
DəmirBank 2 noyabr – Nar Bayramı münasibətilə Göyçayda keçirdiyi güzəştli kredit aksiyası 25 dekabr 2013-cü il tarixinədək davam edir.
Unibankın maliyyə savadlılığı həftəsini uğurla başa vurdu. 31 oktyabr Beynəlxalq Əmanət günü aksiyası çərçivəsində Şəki və Tovuz rayonlarında yerləşən orta məktəblərdə keçirilən tədbirlərdə əmanət qoyuluşu ilə bağlı məlumat verilib, şagirdlər arasında viktorinalar keçirilib. Şəki şəhərindəki 18 saylı orta məktəbin 9-10-cu sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə isə Unibankdan çox maraqlı bir hədiyyə edilib. 3 qalibin hərəsinin adına bankda əmanət hesabı açılıb.
“Bank Technique” ASC və “Yeni Hayat” Şirkətlər Qrupu birgə ipoteka layihəsinə start verdilər. Layihənin başlanması barədə bu gün birgə təşkil edilmiş mətbuat konfransında elan edilib.
Artıq Unibank-ın plastik kartları daha da təhlükəsizdir. Unibank-ın Millikartla birgə hazırladığı yeni - Verified by Visa layihəsi plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu layihə kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.
«3D Secure» - Online odənişlərini daha da təhlükəsiz etmək imkanını verən texnologiyadır.
Filial şəbəkəsinin inkişaf etdirilməsi Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir. Bankın Bakıda və regionlarda yeni filialları açılır, onların bölgənin aparıcı bank strukturuna çevrilməsi, mövqelərinin möhkəmlənməsi üçün mühüm addımlar atılır. 2 dekabr 2013-cü il tarixindən etibarən ASC “Xalq” Bankının Şəmkir şəhərində yeni filialı fəaliyyətə başlayıb. “Şəmkir” filialı Bankın sayca iyirmi üçüncü, regionlarda fəaliyyət göstərən on yeddinci filialıdır.
“AtaBank” 20 illik yubileyi çərçivəsində Azərbaycan bankçılıq və reklam aləmində bir ilkə imza atdı. Belə ki, 30 noyabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində keçirilmiş “AtaHolding” ASC-nin 10 illik və “AtaBank” ASC-nin 20 illik yubileylərinə həsr olunmuş təntənəli gecədə yeni imic video çarxını təqdim etdi.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən 2014-cü ilin sonunadək ölkədə fəaliyyət göstərən hər bir bankın məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır. Müvafiq tələbi yerinə yetirmək məqsədilə Bank VTB (Azərbaycan) ASC hər birinin nominal dəyəri 0.2 manat olan, 135 000 000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasını həyata keçirmişdir.
Yaşlı olmağın sevincini Unibank-la yaşayın! Çünki Unibank 55 yaşdan 70 yaşadək (borcun bitmə anına) kredit götürən hər kəsə komissiyada 50% endirim edir. Üstəlik hər 1000 AZN götürülən kreditə aylıq ödəniş cəmi 31 AZN-dən başlayır. Yaşlı olmağın yaratdığı belə üstünlüklərdən istifadə etməyə tələsin, çünki kampaniyanın bitməsinə sayılı günlər qalıb.
“AtaBank” 20 illik yubileyi çərçivəsində Azərbaycan bankçılıq və reklam aləmində bir ilkə imza atdı. Belə ki, 30 noyabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində keçirilmiş “AtaHolding” ASC-nin 10 illik və “AtaBank” ASC-nin 20 illik yubileylərinə həsr olunmuş təntənəli gecədə yeni imic video çarxını təqdim etdi.