Daima yenilikləri tətbiq edən və müştərilərin rahatlığını düşünən “Expressbank”-ın daha bir yeni xidməti ilə Sizi tanış etmək istəyirik.
Sözügedən xidmət “Onlayn depozit artımı“ adlanır. Bu xidmət vasitəsilə Bankda “Mücrü” tipli depoziti mövcud olan müştəri istənilən plastik kart vasitəsi ilə əmanətin məbləğini artıra bilər. “Mücrü” depoziti, müştərilərə depozit məbləğini istənilən zaman artırma imkanı yaradan, faiz dərəcəsi 12%-dək olan depozit növüdür.
