Yay fəslinin gəlişi ilə əlaqədar olaraq, bir çox Worldcard müştərilərinin rahatlığı üçün Yapı Kredi Bank Azərbaycan 8 May tarixindən etibarən yeni kampaniyaya start vermişdir.
Worldcard-la online alış-veriş et, 3 aya hissə-hissə ödə!


Yay fəslinin gəlişi ilə əlaqədar olaraq, bir çox Worldcard müştərilərinin rahatlığı üçün Yapı Kredi Bank Azərbaycan 8 May tarixindən etibarən yeni kampaniyaya start vermişdir.
“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlamaqla kredit rəsmiləşdirilməsini daha da asanlaşdırıb. Artıq müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilərlər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.
ExpressPay ödəniş terminallarına Ultel üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər stasionar rabitə, İnternet provayder və IP TV üzrə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.
2015-cü il 6 -10 may tarixlərində ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturuna “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərdi. 5 gün ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Ağdaş və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır.
“DəmirBank”ın “MasterCard” plastik kartları ilə alış-veriş edənlər Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı və 8 ədəd İphone 6 mobil telefon kimi dəyərli hədiyyələr qazanmaq şansına sahib olacaqlar. Belə ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda (“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Puma”, “Nike”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Cafe”, “Mado Japan”, “LTB” və s.
8 May, Beynəlxalq talassemiya günündə, “NİKOİL” İKB ASC kollektivi, Faşizm üzərində qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin 92 illiyi münasibətilə könüllü, ənənəvi donor qanvermə aksiyasını həyata keçirdi. Nəzərdə tutulan aksiyada NIKOIL | Bank-ın bütün Bakı şəhəri filialları və mərkəzi ofisin əməkdaşları iştirak etdilər. 62 əməkdaş 13 litrə yaxın qan vermişdirlər.
Expressbank Elektron Hökümət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Hazırda Expressbank-ın bütün filiallarında e-arayışlardan istifadə etmək mümkündür.