Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) özünün mandatı çərçivəsində banklara davamlı və hərtərəfli nəzarət həyata keçirir.
Bankların valyutadəyişmə əməliyyatlarına nəzarət üçün xüsusi monitorinq qrupu yaradılıb


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) özünün mandatı çərçivəsində banklara davamlı və hərtərəfli nəzarət həyata keçirir.
Azərbaycan Beynəlxalq Bankı öz məhsullarını müştərilər üçün daha da sərfəli etmək üçün yeni bir addım atıb.Bankın hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart” 31 avqust 2016-cı il tarixinədək keçirilən kampaniya çərçivəsində müştərilərə heç bir xidmət haqqı tutulmadan verilir. Bu kartla illik 22% faizdərəcəsi ilə 500 manatdan 5000 manatadək kredit əldə etmək olar. “ElKart”-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir.
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq istəməsindən sonra hər iki tərəfin valyutası, dünya fond birjaları, istiqrazların gəlirliliyinin azalması ilə bərabər ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar da aşağı enib. "Report" xəbər verir ki, FES-in uçot dərəcəsini artırması ehtimallarının gücləndiyi ilk iclasın 2017-ci ilin martında keçirilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyi “Elektron lisenziya” portalının yaradılması məqsədilə açıq tender elan edib. Bu barədə “Report”a qurumun Tender Komissiyasından bildirilib.
İndi Unibank-ın fasebook istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər. Bunun üçün sizi maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur. Sadəcə Unibank facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istədiyiniz məhsul və ya xidmətin qısa adını yazırsınız, dərhal o məhsulla bağlı cavab sizə gəlir.
Müdir olmaq, idarə etmək və uğur qazanmaq. Bunu kim istəməz ki?
Əgər bank sahəsində uğurlu gələcək arzusundasınızsa, təcrübələrinizi daha da inkişaf etdirmək istəyirsinizsə sizə bir xəbərimiz var.
Azərbaycan Mərkəzi Bankı 29 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5363 manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 29.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5363 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyunun 28-də USD/AZN rəsmi məzənnəsi 1,5332 səviyyəsində olub.
Bildiyimiz kimi, sığorta həyat və qeyri-həyat sığortalarından ibarətdir. Qeyri-həyat sığortası bir neçə formada olur ki, hər bir forma üçün müxtəlif sığorta obyektləri və risklər xarakterikdir.
Əmlak sığortasının aşağıdakı formaları mövcuddur:
Hər kəsin bir arzusu var. Kimisi ev almaq istəyir, kimisi xoşbəxt olmaq, kimisi oxumaq və kimisi də işləmək.
Banco.az olaraq isə biz "Mənim arzum - Bankir olmaq" deyənləri düşünərək bir layihəyə başladıq.