2016-cı ildən Azərbaycanın qiymətli kağızlar bazarında məlumatların elektron açıqlanması sistemi işə başlayacaq.
Azərbaycanın qiymətli kağızlar bazarında yenilik


2016-cı ildən Azərbaycanın qiymətli kağızlar bazarında məlumatların elektron açıqlanması sistemi işə başlayacaq.
Sığorta şirkətlərinə kompensasiya üçün müraciət edənlərin sayı artıb.
Kapital Bank “Yeni il” hədiyyə kampaniyasına start verdi.
Son zamanlar bankların bir sıra sosial aksiyalarının və bu sahədə maraqlı tədbirlərinin şahidi oluruq. Bugünkü məqalədə toxunmaq istədiyim məsələ Bankların CSR fəaliyyəti yəni korporativ sosial məsuliyyəti konsepsiyası və onun daxilində göstərdiyi fəaliyyətlərdir. Kiçik bir araşdırma nəticəsində aydın olur ki, əksər banklar öz saytlarında sosial məsuliyyəti qəbul etsələr də əslində reallıqda bu sadəcə saytda yazılan mətndir. Yəni bəzi banklar yalnız sözdə sosial məsuliyyətlidirlər.
«Azərbaycan İpoteka Fondu»-nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
Amerika fond bazarında Dow Jones indeksi 0,43% - 17 492,30 bəndədək, NASDAQ 0,07% - 5 022,87 bəndədək, S&P 500 0,77% - 2 047,62 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% - 6 126,68 bəndədək, Almaniya DAX-ı 0,76% - 10 592,49 bəndədək, Fransa CAC-40-ı 0,95% - 4 637,45 bəndədək ucuzlaşıb.
Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir.
“Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 30000 AZN-dək, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.
Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin I yarısı üzrə Konsolidasiya Edilmiş Maliyyə Hesabatını açıqlayıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, 2015-ci I yarısında bankın aktivlərinin həcmi 10 mlrd. 767,61 mln. manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 17,1% çoxdur.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,64 dollar yaxud 1,54% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,94 dollara bərabərdir.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,25 dollar yaxud 0,67% geriləyərək 37,26 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,15 dollar və ya 0,37% ucuzlaşaraq 40,11 dollar/barelə bərabər olub.