Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 11.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6006 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 10-da USD/AZN rəsmi məzənnəsi 1,6006 səviyyəsində olub.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 11.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6006 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 10-da USD/AZN rəsmi məzənnəsi 1,6006 səviyyəsində olub.
Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Unibank, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir.
Dünya Bankı beynəlxalq maliyyə institutudur. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir və hazırda 184 üzvü var.
İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.
Mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib.
Oktyabrın 10-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Mərkəzi Bankdan verilən xəbərə görə, hərracda tələb 39,5 mln. manat olub.
Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə ən çox valyuta xərclənən istiqamətlərdə yerli istehsalı artırmağın və ixracı da təmin etməyin vacibliyini vurğuladı.
Kapital Bank-ın“Ürəyindən keçənlər üçün” adlı aksiyası davam edir. Şərtlərə görə ayda cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti almaq olar.
6-7 oktyabr 2016-ci il tarixində Bakıda “Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək” mövzusunda beynəlxalq konfrans keçirilib. Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank tədbirin baş sponsoru qismində çıxış edib.
"Qala Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr seçilib. Şirkətdən verilən məlumata görə, söhbət Kamal İbrahimovdan gedir.
O, bu vəzifədə Fuad Quliyevi ("Qala Həyat"ın əsas səhmdarı olan "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri) əvəz edib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.