Milli Məclis "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna və və "Dövlət borcu haqqında" qanuna dəyişiklik edib.
"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik edilib


Milli Məclis "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna və və "Dövlət borcu haqqında" qanuna dəyişiklik edib.
Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Oktyabrın 17-da keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
13 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsi ilə bağlı ABA, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bankların hüquq departmentlərinin rəhbərləri və əməkdaşları arasında görüş keçirilmişdir.
Müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən Expressbank 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.
Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 13 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 849 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 501 min manatdan artıq kompensasiya ödənilib.
Amerika fond bazarında Dow Jones indeksi 0,25% - 18 098,94 bəndədək, S&P 500 0,31% - 2 132,55 bəndədək, NASDAQ 0,49% - 5 213,33 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,66% - 6 977,74 bəndədək, Almaniya DAX-ı 1,04% - 10 414,07 bəndədək, Fransa CAC-40-ı 1,06% - 4 405,17 bəndədək ucuzlaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar və yaxud 0,04% azalıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,19 dollara bərabər olub.
Azərbaycan Mərkəzi Bankı 14 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5970 manat təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 268,7 mln. manatlıq vəsait yönəldilib. Dövlət Statistika Komitəsinə verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 14.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5970 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 13-də USD/AZN rəsmi məzənnəsi 1,5986 səviyyəsində olub.