Banco.az | Tezliklə

"Ziraat Bank" "Azər Türk Bank"dakı səhmlərini satır

Türkiyənin "Ziraat Bank"ı "Azər Türk Bank" ASC-dəki payını satmaq niyyətindədir. Bunu "Ziraat Bank"ın baş icraçı direktoru Hüseyn Aydın bildirib.

Azərbaycanca

Pakistan SOCAR-dan qaz almaq niyyətindədir

Pakistan hökuməti təbii maye qazın (LNG) idxalı ilə bağlı altı ölkənin şirkəti ilə danışıqlar aparmaq qərarına gəlib. Hökumət Malayziyanın "Petronas", Rusiyanın "Qazprom", Fransanın "Engie", İtaliyanın "Eni", Omanın "Otto", Azərbaycanın SOCAR şirkətləri ilə danışıq aparacaq.

Azərbaycanca

Azərbaycan İranda keçiriləcək beynəlxalq ət məhsulları sərgisində iştirak edəcək

Azərbaycan Tehranda (İran) keçiriləcək beynəlxalq halal ət məhsulları sərgisində ("Meatex 2016") iştirak edəcək. "Tehrantimes" saytına istinadən verilən xəbərə görə, tədbir noyabrın 5-8-də keçiriləcək.

Qeyd edək ki, Tehran halal  ət məhsulları və bu sənayenin məhsullarına dair beynəlxalq sərgiyə ilk dəfədir ev sahibliyi edir.

Azərbaycanca

İndiyədək 124 min manatlıq elektron sığorta müqaviləsi bağlanılıb

Bu ilin noyabrın 1-nə İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.

Azərbaycanca

Tümendə Azərbaycan istehsalı olan məhsullara böyük tələbat var

Azərbaycanlı sahibkarlar Rusiyanın Tümen vilayətinin hökumətinin dəstəyi ilə kartof emalı zavodu, meyvə-tərəvəz bazası və SPA otelin tikintisində iştirak edə bilərlər. Bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib.

Azərbaycanca

"İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib"

Azərbaycandan mal ixracı ilə məşğul olan sahibkarlara vəd edildiyi kimi ixrac etdikləri malın dəyərinin 3-6%-i qədər ödəniş veriləcək. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadyyat naziri Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, artıq iki sahibkar bu məqsədlə İqtisadiyyat Nazirliyinə müraciət edib.

Azərbaycanca

SOCAR ötən ay həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb

2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib. SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub.

Azərbaycanca

Azərbaycanın valyuta ehtiyatları azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı 31.10.2016 tarixinə olan Rəsmi Valyuta Ehtiyatlarını açıqlayıb.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabrın 31-nə rəsmi valyuta ehtiyatları 4005,5 mln. USD təşkil edib.

Azərbaycanca

Nigeriya və Liviya OPEC-in konsensusuna çətinlik törədir

Nigeriya və Liviya neft hasilatını artıraraq OPEC üçün növbəti dəfə çətinlik yaradıb.

"Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, Liviya 2014-cü ildən bəri ilk dəfə cari ilin oktyabrında bazara böyük həcmdə neft çıxarıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »