Azərbaycanda bu ilin 6 ayı ərzində 26,8 mln. manat büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” başlıqlı məqaləsində qeyd edib.
Azərbaycanda bu ilin 6 ayı ərzində 26,8 mln. manat büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” başlıqlı məqaləsində qeyd edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
"Standard Leasing" MMC "Bank Standard" QSC-nin lisenziyasının ləğv edilməsindən əziyyət çəkir. Bu barədə Şirkətin maliyyə və marketinq şöbəsinin rəisi, həm də baş mühasibi Nizami Qasımov məlumat verib.
Lisenziyası ləğv olunmuş "Bank Standard" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Konsaltinq (məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən müəyyən % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.
“Gecəsini gündüzünə qatıb işləmək” sözü 7/24 iş rejiminə tamamilə uyğundur deyə düşünən hər halda təkcə biz deyilik :)
Energetika naziri Natiq Əliyev Türkiyənin Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfi tərəfindən mükafatlandırılıb.
N. Əliyev mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinə, dünyada sülhə verdiyi töhfələrə və bəşəri ideyaların təbliğindəki xidmətlərinə görə “Beynəlxalq Sülh Elçisi” statusuna layiq görülüb.
"Bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 1 milyard dollardan bir qədər çox olub. Lakin bu il bu göstəricidə 40% azalma müşahidə olunur. Təəssüf ki, Rusiya ixracatında da azalma var".
Bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib.
"Financeleasing" ASC-nin səhmdarı olan 14 fiziki şəxsdən biri payını satıb. Bu barədə Şirkətin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.
Bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm meydançadır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.