“AtaBank” ASC-nin “MasterCard” beynəlxalq ödəniş sisteminin sıralarına daxil olması barədə müqavilə imzalanıb.
Bu barədə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın “MasterCard” beynəlxalq ödəniş sisteminə daxil olması ilə bankın bankomatları “MasterCard” və “Maestro” tipli kartlarını qəbul edəcək.”MasterCard Europe Sprl” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla “AtaBank” ASC-yə beynəlxalq ödəniş kartlarının buraxılmasına imkan verilib.