Bakıda Dünya üzrə məşhur sahibkar, biznes spiker, konsultant və mələk investorunun dünyada hər
kəs tərəfindən bəyənilən konfransı olacaqdır. YES Event Management-in təşkilatçılığı təşkil
olunacaq təlim və seminarlar müxtəlif mövzuları əhatə edəcək.
Spiker ölkəsinin franchising atası adlandırılır.Onun biznes haqqında kitabları dünyada
məşhurlaşaraq dərslik kimi də istifadə olunmaqdadır.Bir kitabı 6 ay ərzində 24 dəfə çap
olunmu., ABŞ prezidenti Barak Obama tərəfindən xüsusi olaraq Ağ Evdə keçirilmiş “Sahibkarlıq
BU İL MÜƏLLİMLƏR GÜNÜ FƏRQLİ OLACAQ
Bu əlamətdar gündə - 5 oktyabr (şənbə), Unibank müəllimlərə krediti komissiyasız, 3% endirimlə verəcək. Üstəlik filiallar axşam saat 20.00-dək işləyəcək.
“Bank of Baku”nağdsız ödənişlər üzrə üç ay lider bank olur!
Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə avqust ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada növbəti dəfə 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb.
Satış=ünsiyyət... məhsulun təqdimetmə prosesinə ciddi yanaşmalıyıq
Müsahibimiz AG bankın mikromaliyyələşdirmə qrupunun rəhbəri Fərhad Təhməzovdur
Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılmasıdır
“Caspian Money Transfer” pul köçürmə sistemindən daha bir yenilik
“Caspian Money Transfer” pul köçürmə sistemi və “MilliKart” MMC prosessinq mərkəzilə inteqrasiyasını uğurla yekunlaşdırmışdır.
Bu inteqrasiya nəticəsində “Caspian Money Transfer” pul köçürmə sistemi vasitəsilə xarici ölkələrdən Azərbaycana köçürülən pulları plastik kat sahiblərinin hesablarına yönəldiləcək. Müştərilərimiz banka getmədən ona köçürülən məbləği plastik kartdan istifadə edə bilər. Bu xidməti hələ ki “Zaminbank”ın plastik kart sahibləri istifadə edə biləcəklər.
DəmirBank-ın MasterCard və Maestro kart sahibləri üçün UEFA Çempionlar Liqasını canlı izləmək şansı
DəmirBank-ın Maestro və MasterCard kartlarının sahibləri “MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqasının oyununu canlı izləyin!” adlı stimullaşdırıcı lotereyada iştirak edir.
Kampaniya çərçivəsində 1 – 31 oktyabr 2013-cü il tarixində Maestro və MasterCard plastik kartları vasitəsi ilə yerli və beynəlxalq alış-veriş zamanı POS terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirən müştərilər qalib olmaq şansı qazanır.
Azərbaycanın ən böyük bankı ilk islam kartını təqdim edib
Azərbaycan Beynəlxalq Bankı (ABB) Avropa bankları arasında ilk dəfə islam bankçılığı tələblərinə cavab verən "Qiblə" kartını təqdim edib. Trend-in məlumatına görə, çərşənbə günü Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri Bəhnam Qurbanzadə təqdimat zamanı bildirib ki, kart yaxın vaxtlarda dövriyyəyə buraxılacaq. Kartın dəyəri 40 manat təşkil edir.
“Bank Technique”in “MobilBank” tətbiqi yenilənib
“Bank Technique” ASC, “Apple” şirkətinin iOS 7 yeni mobil əməliyyat sistemini istifadəyə verilməsi ilə əlaqədar olaraq, “MobilBank” tətbiqini yeniləyib.
Yeni əməliyyat sisteminin dəstəyindən əlavə, tətbiqin ekran formaları da yeni buraxılmış iPhone telefonlarının ekranlarına uyğun optimallaşdırılıb.
“MobilBank” xidməti şəxsi bank hesabını mobil telefonla idarə etməyə və bir sıra əməliyyatlar (balansı yoxlamaq, çıxarış əldə etmək, kommunal ödənişlər etmək, pul köçürmək və s.) aparmağa imkan verir.
“Bank of Baku”-dan “Ürəyiniz istəyən nağd kredit”: hər 1000 manata 45 manat aylıq ödəniş!
“Bank of Baku” müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə “Ürəyiniz istəyən nağd kredit” endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur. Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10000 manata qədərdir.