“AtaBank” və "MasterCard" yeni lotereya kampaniyasına başlayırlar. Kampaniyanın qalibləri UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək "Qalatasaray"- "Yuventus" oyununa dəvətnamə, övladları isə ulduz futbolçularla sıra düzülüşünə çıxmaq imkanını qazanacaqlar.
Bolkart ilə 12 aya əlavə xərcsiz Sony telefonları!
İntegralPlus mağazalar şəbəkəsi Bolkart sahibləri üçün bütün Sony mobil telefonlarına sərfəli satış kampaniyasına başlayır.
Bolkart istifadəçiləri İntegral Plus mağazalar şəbəkəsindən Sony telefonlarını əlavə xərcsiz əldə edib dəyərini 12 aya bölüb ödəniş edə bilərlər.
Belə ki, 560 manatlıq Sony Xperia Z telefonunu ayda cəmi 46 manat 67 qəpik, 282 manatlıq Sony Xperia L telefonunu isə ayda cəmi 23 manat 50 qəpik ödəməklə əldə etmək olar.
“Bank Technique” yeni kart məhsullarını təqdim edir
“Bank Technique” ASC iki yeni kart məhsulunu təqdim edir – “VISA Virtual” və “ VISA Business Gold”.
“VISA Virtual” kartı xüsusi olaraq və yalnız İnternetdə istifadə üçün nəzərdə tutulub. Elektron kommersiyanın təşviqi məqsədilə yaradılan kartlar real mağazalarda ödəniş etmək, ATM-dən vəsaiti nağdlaşdırmaq və s. üçün istifadə oluna bilməz.
DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb
DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 30 noyabr 2013-cü il tarixədək müddətə uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
Mərkəzi Bankın təkliflərini Nazirlər Kabinetinə təqdim etməsi yaxın zamanlarda ipoteka kreditlərində faizlərin aşağı salınması və şərtlərin sadləşdirilməsi ilə bağlı nikbinliyi artırır
Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.
Müsahibənin 2-ci hissəsi
Vətəndaş birmənalı şəkildə kredit müqaviləsini imzalamazdan əvvəl bütün şərtlərlə yaxından tanış olmalıdır
Bakıxanov qəsəbəsində yenilik
Unibank-ın daha bir filialı fəaliyyətə başladı. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi 27c ünvanında (“Bakıxanov” alış-veriş mərkəzinə yaxın) yerləşən yeni filial, ərazidə yaşayan paytaxt sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. “Bakıxanov-2” filialı, pərakəndə kreditlərin verilməsiylə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək.
DəmirBank Müəllimlər Günü münasibətilə 4% endirimlə güzəştli kredit təklif edir
DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasını həyata keçirir.
Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.
“Bank Technique” iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Nüfuzlu beynəlxalq maliyyə nəşri “International Finance Magazine” 2013-cü il üzrə “Financial Awards” (Maliyyə üzrə mükafatlar) mükafatının qaliblərinin adlarını açıqlayıb.
“Bank of Baku”-dan “Müəllimlərə kreditimiz özəl, hədiyyəmiz gözəl” kampaniyası!
Qarşıdan gələn müəllimlər günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçiləri üçün “Müəllimlərə kreditimiz özəl, hədiyyəmiz gözəl” kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən müştərilər nağd pul krediti rəsmiləşdirdikdə “İdeal” mağazalar şəbəkəsində keçərli olan hədiyyə kuponu da əldə edəcəklər.