Bankdan kredit götürürsən, amma krediti sənin əvəzinə bank özü ödəyir və hətta sənə pul mükafatı da verir. Mümkün deyil? Unibankda mümkündür. Artıq Unibank müştəriləri bu qaydadan xəbərdardırlar. Bu gün isə daha 26 müştəri Unibankın keçirdiyi lotereyanın qalibi olaraq, pul mükafatı qazanıblar.
DəmirBank bankomat vasitəsilə pul göndərmək imkanını tətbiq edib
DəmirBank bankomat vasitəsilə Cash by Code – pul göndərmək xidmətini tətbiq edib. Yeni xidmət vasitəsilə Visa plastik kart sahibləri 5 manatdan 500 manatadək pul göndərə bilərlər.
TBC Kredit Azərbaycanın regionlarına daxil olur
TBC Kredit regionda birinci filialını açdı. İyulun 1-i Xaçmaz r-nda, mərkəzi küçədə (N.Nərimanov küç.,135 ünvanında) filialın rəsmi açılışı baş verdi. Tədbirdə TBC Kreditin menecmenti və Müşahidə Şuranın üzvləri iştirak etdilər (TBC Bank, Gürcüstan və Enclude Holding, ABŞ).
DəmirBank "Şəki İpək yolu" V Beynəlxalq Musiqi Festivalına sponsorluq dəstəyi göstərib
DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Şəkidə 1 – 5 iyul tarixlərində keçirilən "Şəki İpək yolu" V Beynəlxalq Musiqi Festivalına sponsorluq dəstəyi göstərib.
BANKOMATDAN PULU KARTSIZ ÇIXARIN
Artıq bankomatlardan kart olmadan da pul çıxarmaq olur. Unibank bank xidməti sahəsində daha bir yeniliyə imza atdı. Unibank plastik kartlarında tətbiq olunan Cash by Code xidmətinin aktivləşdirilməsi, müştərilər üçün bankomatların yeni bir imkanını üzə çıxardı.
Kapital Bankda yeni kredit imkanları
Kapital Bank nağd pul kreditləri üzrə yay kampaniyasına start verib. 01 iyul tarixindən 31 iyul tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir müştəri indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala bilər. İllik faiz dərəcəsində də böyük endirim var. Kredit indi 24 yox, cəmi 14 faizdən başlanan faizlərlə verilir.