Banco.az | Tezliklə

Pos-terminallar ilə nağdsız ödənişlər 1 milyard manat səviyyəsinə yaxınlaşıb

2018-ci ilin 11 ayı ərzində Azərbaycanda Pos-terminallar vasitəsilə nağdsız ödənişlər 996 milyon manat təşkil edib (yerli bankların kartları ilə).  Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Pos-terminallar vasitəsilə nağdsız ödənişlər 807 milyon manat olmuşdu.

Azərbaycanca

Neft bahalaşmaqda davam edir

Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, Brent nefti 1,2% bahalaşaraq 56,60 dollara, ABŞ xam nefti isə 1,3% bahalaşaraq 47.74 dollara qalxıb.

Neft qiymətləri bu həftə 4.3 faiz yüksəlib. Qiymətlər ötən ilin son üç ayında 38% düşmüşdü.

Azərbaycanca

Qızılın qiyməti 1300 dollara qalxdı

Dünya birjalarında qızıl bahalaşmaqda davam edir və unsiyasının qiyməti 1300 dollar səviyyəsinin üzərini görüb.

İnvestorlar şirkətlərin səhmlərinin ucuzlaşması və iqtisadi inkişafın səngiməkdə olduğu haqqında xəbərlərin artması ilə qızıla üz tuturlar. "Etibarlı liman" xarakterli aktivlərin ən qədimi olan qızıla maraq artıb.

Azərbaycanca

Trampın gəlişindən sonra ABŞ-ın dövlət borcu 2 trilyon dollar artıb

Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə – 20 Yanvar 2017-ci il tarixindən 2 trilyon dollardan çox artıb.

TASS xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin məlumatlarını təhlil edən CNN telekanalı məlumat yayıb.

Azərbaycanca

Apple-ın səhmləri kəskin ucuzlaşıb

Apple-ın səhmləri, şirkətin 2019-cu ilin ilk rübü üçün satış gəliri gözləntisini, daha əvvəl açıqlanan 89 - 93 milyard dollar aralığından 84 milyard dollara salması ilə əlaqədar olaraq təxminən 10 faiz ucuzlaşıb. Şirkətin açıqlamasına görə, 10%-lik ucuzlaşma 50 milyard dollardan artıq dəyər itkisinə qarşılıqdır.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,85 dollar və yaxud 1,49% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 57,19 dollar təşkil edib.

Azərbaycanca

Unibankın 18%-dən başlayan kredit kampaniyası davam edir!

2019-cu ildə də kreditinizin faizi 18%-dən başlasın! Unibank müştərilərinin istəyini nəzərə alaraq, kredit kampaniyasının müddətini uzatdı. Yanvarın 15-dək Unibankdan kredit götürən hər kəs, kreditini cəmi 18%-dən başlayaraq rəsmiləşdirə biləcək. Üstəlik ödənişdə 2 ay güzəşt müddəti qazanacaq və Albalı Plus kredit kartı hədiyyə olunacaq.

 

Azərbaycanca

Bank VTB (Azərbaycan) Könüllü Tibbi sığorta üzrə TENDER ELAN EDİR

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »