Kapital Bankın depozit məhsulları üzrə keçirdiyi lotereya kampaniyası başa çatıb. İyulun 21-də “Fairmont” otelində təşkil edilən mərasimdə lotereyanın sonuncu tirajı oynanılıb. Lotereyanın 25.000 manatlıq əsas uduşunun qalibi Kapital Bankın 3 nömrəli şöbəsinin müştərisi olub.
“AtaBank” ASC jurnalistlər üçün PR tur keçirdi
“AtaBank” ASC tərəfindən jurnalistlərə PR-tur keçirildi. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verdi. “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video süjetlər nümayiş edildi.
“Bank Technique” “3D Secure” texnologiyasını istifadəyə verib
Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, “Bank Technique” ASC “VISA” kart sahibləri üçün “3D Secure” texnologiyasını istifadəyə verib.
Expressbank Zolotaya Korona sistemi üzrə aksiya keçirir
Expressbank “Hədiyyəli Köçürmələr“ aksiyasına start verilir. Aksiyaiya 10 sentyabr 2014-cü il tarixinədək etibarlıdır.
Azər-Türk Bankdan növbəti xoş xəbər
Azər-Türk Bank daha bir turizm agentliyi ilə əməkdaşlıq etməyə başladı. İndi siz “Volcano Travel”-ə (www.volcanotravel.az) müraciət edərək Turizm Kreditini 18%-lə əldə edə bilərsiniz (iş yerindən arayış və ya əmək haqqı barəsində son 6 ayın hesab çıxarışı tələb olunur). “Volcano Travel” dünyanın müxtəlif istiqamətlərinə sərfəli qiymətlərlə səyahətlər təşkil edir.
“Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verdi!
“Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib.
PAŞA Bank və British Council Azərbaycan qalibləri elan edir
PAŞA Bank və British Council Azərbaycan böyük məmnuniyyətlə hər il keçirilməsi ənənə halını almış ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014’ layihəsinin qaliblərini elan edir. Layihənin məqsədi iqtisadi yüksəliş, islahatlar və inkişaf ilə bağlı tezisləri əsas tutaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir.
Bank VTB (Azərbaycan) cari ilin birinci yarısını əhatə edən hesabat təqdim edib
“Bank VTB (Azərbaycan)” ASC-dən saytımıza daxil olan məlumatda bilidirilir ki, bank 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat təqdim edib. Hesabatda qeyd olunur ki, 1 iyul tarixi üzrə bankın kredit portfelinin həcmi 215,985 mln. manata çataraq, ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələyib.