Mayın 20-dən Kapital Bank bazara yeni depozit növləri təqdim edib. Bankın depozit məhsullarının şərtləri indi daha sərfəlidir. İllik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 12%-ə qədər artırılıb. İndi depoziti rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.
DəmirBank-dan Səyahətə gedənlərə şad xəbər
DəmirBank səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6000 AZN-dək kredit, 12 aylıq müddətə təqdim edilə bilər. Bundan başqa aksiya çərçivəsində müştərilərə pulsuz Visa Classic kartı, 3000 AZN-dən yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək.
Revanşla qorunan titul: “No Name” yenə ən yüksəkdə
“AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy” Group əməkdaşları arasında keçirilən mini futbol turniri başa çatıb. Gərgin və maraqlı keçən yarışın yekununa əsasən “No Name” komandası titulunu qorumağı bacarıb.
DəmirBank bankomatlardan və POS terminallardan plastik kartı aktivləşdirmək mümkündür
DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.
Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir, belə ki kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.
Kapital Bank – 140 il irəliyə doğru
Bu il Kapital Bank fəaliyyətinin 140-cı ildönümünü qeyd edir. Azərbaycan Əmanət Bankının hüquqi varisi kimi, Kapital Bankın ilk xidmət məntəqəsi 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi.
Bank VTB-dən yeni ”Çevik” əmanət
Son günlərdə sığortalanan əmanətlər üzrə faizlərin aşağı salınması məsələsi daha əlverişli əmanət məhsullarını yenidən gündəmə gətirib. Bu dəyişiklik fonunda banklar çalışırlar ki, öz əmanət məhsullarını müştərilər üçün daha cəlbedici etsinlər. Bu arada bir çox banklar bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
DəmirBank aprel ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 may 2014-cü il tarixinə 405,7 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 31,7 mln. manat və ya 11,2% artaraq 313,8 mln. manatı keçib.