Banco.az | Tezliklə

Vergi borcunu ləngidənlərə də sanksiya olacaq

Yanvarın 21-də vergi ödəyicilərinin 2018-ci ilin sonuncu rübü üzrə vergi hesabatlarını ödənməsi vaxtı başa çatır. Vergi Məcəlləsinə görə, həmin vaxtadək hesabatını təqdim etməyən vergi ödəyicilərinə 40 manatlıq maliyyə sanksiyası tətbiq ediləcək.

Azərbaycanca

Vergi orqanları uçot məlumatlarında uyğunsuzluqlar aşkarlayıb

Vergi orqanları 2018-ci il ərzində uçot məlumatlarının dəqiqləşdirilməsinə başlayıblar. 10 istiqamətdə təhlillər apararaq uyğunsuzluqların aradan qaldırılması baş verib.

Azərbaycanca

Rubl bahalaşıb

Bu gün Rusiya rublu bahalaşıb.
 
Saat 21.30-a rubl dollar qarşısında 0,02 faiz bahalaşıb və 1 dollar 66.32 rubla təklif edilib.
 
Avro da rubl qarşısında 0,09 faiz ucuzlaşıb və 75,48 rubla təklif olunub.

Fed.az

Azərbaycanca

“Bank BTB” qanvermə aksiyası təşkil edib

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Bank BTB”də qanvermə aksiyası təşkil olunub.

Azərbaycanca

Azərbaycan İraqa ixrac missiyası təşkil edəcək

Azərbaycan bu il martın 2-6-da İranın Ərbil şəhərində 2019-cu ilin II ixrac missiyasını təşkil edəcək. 

Artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib. 

Azərbaycanca

“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası müştərilərə verilmiş kreditləri aşıb

2018-ci ildə “PAŞA Bank”ın satış üçün mövcud olan investisiya qiymətli kağızlara sərmayəsi kəskin artıb.

Azərbaycanca

Beynəlxalq maliyyə qrupundan Dollar/TL proqnozu

Beynəlxalq maliyyə xidmətləri qrupu "Manulife"ın inkişaf edən bazarlar üzrə stajlı strateqi Riçard Segal "Bloomberg"ə verdiyi açıqlamasında, Dollar/TL məzənnəsinin ilk rübün sonuna və ikinci rübün əvvəlinə doğru 5.20 və ya 5.25 səviyyələrində ola biləcəyini söyləyib.

Azərbaycanca

“PAŞA Bank”ın xalis mənfəətində böyük artım

“PAŞA Bank” ASC 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank, 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə bağlamışdı.  Beləliklə, illik müqayisədə “PAŞA Bank”ın xalis mənfəəti 30,6% artıb.

Azərbaycanca

Neft bahalaşır

Tramp hökuməti rəsmilərinin, maliyyə bazarlarını dəstəkləmək və Pekin ilə aparılan danışıqlar prosesini rahatlaşdırmaq məqsədilə Çin məhsullarına tətbiq olunan gömrük vergisini azaltmağı düşündükləri barədə xəbərdən sonra neft qiymətləri yüksəlib.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,22% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,61 dollar təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »