Banco.az | Tezliklə

Qızıl və gümüşün SON QİYMƏTİ

Bu gün dünya birjalarında qızıl və gümüş ucuzlaşıb.
 
Saat 21.30-a olan məlumata əsasən, yanvarın 15-də qızılın qiyməti 0,28  faiz ucuzlaşaraq 1 unsiya üçün 1287,94 dollar təşkil edib.

Gümüş isə 0,58 faiz ucuzlaşıb,  1 unsiya  15,56 dollara təklif edilib

Azərbaycanca

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-ü 62,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,47 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycanca

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dollar və ya 0,29% azalaraq 51,96 dollar təşkil edib.

Azərbaycanca

Türkiyədə dolların SON QİYMƏTİ

Türkiyədə dollar lirə qarşısında dəyər qazanıb.

Bu gün saat 9:36-da dollar 0,16% artaraq 5,445 lirəyə ticarət olunur.

Avro 0,14% artaraq  6,21 lirə, funt-sterlinq də  0,10% artaraq 7,01 lirə təşkil edib.

İstanbu Birjasında BİST100 indeksi dəyişməyərək  93 173 xal olub.

Fed.az

Azərbaycanca

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

Azərbaycanca

Bitcoin yenidən dəyər itirir – QİYMƏT

Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.

Bitcoinin qiyməti bu gün 1,59% azalaraq 3 min 646 dollara enib.

Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.

Ethereumun dəyəri 5,23% azalaraq 122 dollar, Bitcoin Cash də 2,79% azalaraq 129 dollar olub.

Dünyanın 100 əsas kriptovalyutasından 17-i bahalaşıb, qalan 83-ü isə ucuzlaşıb.

Azərbaycanca

"McDonald's"ın ticarət markası əlindən alındı

"McDonald's" Avropa Birliyində (AB) "Big Mac" burger ticarət markasını itirdi.

Avropa Birliyi Əqli Mülkiyyər Dairəsi "fast-food" nəhənginin markanı AB-nin qanunlarına uyğun istifadə etmədiyi ilə bağlı qərar verib. Qərar dərhal qüvvəyə minib və "Big Mac" ticarət markası "McDonald's"ın əlindən alınıb. 

Azərbaycanca

Əfsanəvi Nokia smartfonu yenidən istehsal olunacaq

HMD Global şirkəti əfsanəyə çevrilmiş Nokia N9 smartfonunun yeni versiyasını istehsal etməyi planlaşdırır.

Las-Veqasda keçirilən CES 2019 sərgisində Google stendində bu modeli xatırladan qadjet görüntülənib.

Azərbaycanca

Dünya bazarında qarığdalının qiyməti artıb

Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti artıb.

1 buşel qarığdalının qiyməti 2,25 sent və ya 0,61% artaraq 373,50 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,83 sent olub.

1 buşel buğdanın qiyməti 2,25 sent və ya 0,44% artaraq  513,25 sent  və ya 1 kiloqram buğdanın  qiyməti 19,01 sent təşkil edib.

1 funt pambığın qiyməti 0,24 sent və ya 0,33% artaraq  72,60  sent olub  və ya 1 kiloqram pambığın qiyməti 1,60 dollar olub.

Azərbaycanca

Çin Mərkəzi Bankından bazara rekord maliyyələşmə

Çin Mərkəzi Bankı (PBOC) vergi ödəmələri və tətil mövsümi ilə əlaqədar tələbi qarşılamaq üçün açıq bazar əməliyyatları yolu ilə bazara rekord səviyyədə likvidlik (maliyyələşmə) təmin edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »