Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.
Məlumata görə, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.
Məlumata görə, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyaya kartof idxalının həcminə görə ikinci yeri tutub.
Bu barədə “Rusiya İxracatçıları” vahid informasiya portalının məlumatında deyilir.
Azərbaycan 2019-cu ildə müdafiə qabiliyyəti və milli təhlükəsizlik üzrə xərcləri 4,6% artıracaq. Bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.
“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırır.
“Gələn aydan spirtli içkilər və tütün məmulatları bazarında qiymət artımı daha çox hiss olunacaq”
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda təqdimat edib. Tədbirin keçirilməsində başlıca məqsəd sertifikat sayəsində hansı ölkələrə ixrac imkanlarının genişlənməsi barədə məlumatlar təqdim etmək və sahibkarları sertifikatın imkanlarından istifadəyə çağırmaqdır.
Elektrikli avtomobil istehsalçısı "Tesla Inc." işçi qüvvəsini 7% azaltmağı planlaşdırır.
Elon Musk, Tesla işçilərinə göndərdiyi məktubunda dördüncü rübdə xalis mənfəətin əvvəlki üç aylıq dövr ilə müqayisədə aşağı olacağını bildirib.
2018-ci ildə Azərbaycan 12 milyon 652,50 min ABŞ dolları dəyərində 9 511,43 ton süd idxal edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, həcm baxımından 2017-ci illə müqayisədə 638,52 ton (7,2%) çox, məbləğ baxımından isə 1 milyon 691,70 min dollar (11,8%) azdır.
"BMW Group", Çindəki tərəfdaşı "Brtilliance China Automative Holdings" ilə ortaq qurduğu "BMW Brilliance Automotive" (BBA) şirkətində sahib olduğu 50%-lik payına əlavə olaraq, 25% də pay satın alacağını açıqlayıb.
Bakıda Böyükşor gölündə 3 ədəd fotovoltaik paneldən ibarət sistemin quraşdırılması layihəsi 2021-ci ilin yazında başa çatacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.