"AccessBank"ın "myAccess" onlayn bankçılıq xidməti daha bir yeniliyə imza ataraq həyatınızı asanlaşdırmağa davam edir.
"myAccess"də daha bir yenilik!
"AccessBank"ın "myAccess" onlayn bankçılıq xidməti daha bir yeniliyə imza ataraq həyatınızı asanlaşdırmağa davam edir.
Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Bir tərəfdən geridönüşü olmayan kerditlərin artması, digər tərəfdən də bəzi bankların ləğvi vəziyyəti daha da çıxılmaz hala gətirib.
Tarix boyu heç bir zaman təhsilin insan həyatındakı rolu bu dərəcədə önəmli olmamışdır. Əgər biz sənaye əsrində yaşasaydıq məktəbi yüksək qiymətlərlə bitirib, universitetə qəbul olub diploma sahiblənməklə istədiyimiz işə sahib olub cəmiyyətdə yüksək mövqey tuta bilərdik. Lakin çağdaş zəmanəmizdə bu heç də belə deyil. Artıq cəmiyyətin inkişafı olduqca böyük bir sürətlə dəyişir.
Ölkəmizdə fəaliyyət göstərən bankların prioritet məhsullarından biri də nağd istehlak kreditidir. Bu məhsulun satışı uğrunda banklar arasında hər zaman qızğın rəqabət gedir və adətən banklar xırda səbəblərdən belə istifadə edərək öz məhsulunu irəli çəkmək və satışını artırmaq naminə müxtəlif növdə kampaniyalar keçirdir. Ölkəmizin bankçılıq tarixi “Yumurta qiymətinə kredit”, “Qiyamət krediti” və s.
Pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər üzrə güzəşt müəyyənləşdirilib
VTB (Azərbaycan) bankın kart sahibləri arasında aksiya elan edir. Belə ki, 10 aprel 2019-cu il tarixinədək bankın kartları vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 5 nağdsız ödəniş edən müştəri pul mükafatı qazana bilər.
İsrail qanunvericiliyinə əsasən, bitkoin və altkoin kimi kriptovalyutalar maliyyə aktivi statusu daşıyır, kriptovalyuta tranzaksiyaları isə barter əməliyyatı hesab edilir. Qanunvericiliyin bu şərtlərinə uyğun olaraq kriptovalyutadan əldə edilən müntəzəm gəlirlər üçün kapital artmına vergi tətbiq olunur. Kapital artımına verginin dərəcəsi 25-30 faiz təşkil edir, xüsusi hallar üçünsə ƏDV+17 faiz vergi dərəcəsi tətbiq edilir.
16 yanvar 2019 il tarixində Bank of Baku-nun Təlim Mərkəzi olan BOB Akademiyasında «Agile transformasiyasında kouçinqin rolu» mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.
Seminar zamanı kouçinq, Agile kouçinq, Skrum-master və Agile-kouç anlayışları arasındakı fərq və s. barədə məlumat verilmiş, mühazirələr oxunmuşdur.
Bu gün açıqlanan məlumata görə, Çin iqtisadiyyatı 2018-ci ildə 6.6% artıb. Bu, 28 ilin ən yavaş iqtisadi artımıdır.
"Capital Economics"in Çin üzrə iqtisadçısı Chang Liu Çin iqtisadiyyatına dair açıqlama verib.
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Bu barədə SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğuya cavabda qeyd edilib.