Expressbank-ın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən “Müharibə və Əmək Əlilləri üçün Pansionat”-da Ramazan bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib.
“Bank of Baku”-dan növbəsiz kredit, Bakcelldən pulsuz dəqiqələr!
“Bank of Baku” və “Bakcell” yeni, müştərək layihəyə start verirlər. “Ulduzum” layihəsi çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə “Bank of Baku”-nun məhsul və xidmətlərindən faydalana bilərlər.
TBC Kredit 2014-ci ilin ilk yarısını yekunlaşdırmışdır
30 iyun 2014-cü il tarixinə kredit portfeli 5309 aktiv kreditlə 42,6mln. dollara çatmışdır. Portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 37%-dir. Mikrobiznes kreditləri biznes portfelinin demək olar ki, 54%-i təşkil edir
AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib
The Green for Growth Fund (GGF) AccessBank-a 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Cəlb olunan vəsait sayəsində Bank enerji səmərəlilik layihələrinin maliyyələşdirməsini artıracaq və bu sahədə həyata keçirdiyi fəaliyyətini daha da genişləndirəcək.
Bayram alış-verişini Bolkart-la et, ödənişi isə sentyabrda et!
Ramazan bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir. 24-28 iyul 2014-cü il tarixlərində Bolkart şəbəkəsinə aid supermarketlərdə alış-veriş etmiş kart sahibləri avqustda deyil, sentyabr ayında ödəniş imkanı qazanacaqlar. Beləliklə, Bolkart sahibləri ödənişlərini 2 ay sonra etmiş olacaqlar.
“Muğanbank” ASC iyulun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb
“Muğanbank” ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61 min manat təşkil edib.