Banco.az | Tezliklə

“Xalq” Bank Maliyyə göstəricilərini AÇIQLADI

ASC “Xalq” Bankının 2018-ci ildə fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir. Bank 2018-ci ilin sonuna aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 mln manat və yaxud 10,73% artıraraq 2.008 mlrd manata çatdırıb və bu göstəriciyə görə ölkənin 4 aparıcı bankı arasında qərarlaşıb.

Azərbaycanca

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 63,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,38 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycanca

"Türk lirəsinin ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb olub"

Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.

Bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Azərbaycanca

Həkimlərə vergidən yayınmaq üçün təhlükəli məsləhətlər verilir

Əmək haqlarının rəsmiləşməsindən çıxış yolu kimi, həkimlərə VÖEN almaq, klinikada kabineti icarəyə götürərək 2% sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət göstərmək təklif olunur.

Vergi üzrə ekspert Vəli Əliyev bildirib ki, bu məsləhətə əməl edən həkimlər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Azərbaycanca

Dolların ucuzlaşması bu gün daha da sürətlənə bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, bu gün Avropa sessiyasında daha da sürətləndirilə bilər.

ABŞ-da sıfıra yaxın inkişafdan ehtiyat edilir. 

Azərbaycanca

Elektrikli avtomobil qiyməti ucuzlaşacaq

Yeni yayımlanan bir analizə görə, elektrikli avtomobillərin qiyməti 10 ildən daha qısa bir müddət ərzində ənənəvi avtomobillərin qiymətindən daha ucuz ola bilər.

Azərbaycanca

2018-ci il üzrə bütün banklarımızın maliyyə göstəriciləri

"2018-ci ili banklar necə başa vurdu, hansı bankın maliyyə vəziyyəti yaxşıya doğru, hansı bankın vəziyyəti isə pisə doğru dəyişdi?" - bilmək istəyənlər üçün hər bir bankın maliyyə durumunu araşdırmış və sizlərlə paylaşmışdıq. Lakin, hər bir bankın maliyyə göstəricilərini ayrılıqda tapmaq və ya onların hesabatına nəzər salmaq daha çox vaxt aparır deyənlərin işini asanlaşdırdıq.

Azərbaycanca

Yoxlamaların daha 2 il müddətinə dayandırılması investisiya mühitinin əlverişliliyini artırır

Keçən ilin sonunda parlamentdə qəbul edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, bu qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində həyata keçirilən yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Azərbaycanca

Dövlətimizin başçısı "VTB-Bank"ın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Azərbaycanca

Məşhur futbolçular vergidən yayındıqları üçün mühakimə olunublar

Yanvarın 22-də Madriddə keçirilmiş məhkəmə iclasında Kriştiano Ronaldo ona qarşı irəli sürülmüş iddia ilə razılaşaraq 18, 8 milyon avro cəriməni ödəməyi qəbul edib. İspaniya qanunvericiliyinə görə, bu ölkədə iki ilə qədər həbs cəzasına məhkum edilənlərin cəzası şərti verilir, başqa sözlə, onlar cəmiyyətdən təcrid edilmir. Ronaldonun əməlində zorakılıq olmadığına görə, onun həbsə alınacağı gözlənilmir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »