“AtaBank” ASC iyulun 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak etmişdir.
Azər-Türk Bankdan Neft sektoru üçün 15%-lik Kampaniya!
Azər-Türk Bank 30.07.2014-cü il tarixindən etibarən yeni “Neftçi” Kampaniyasına start verdi. Bu kampaniya Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin əməkdaşlarına şamil edilir.
Kapital Bank media mənsubları ilə iftar süfrəsində görüşdü
Dəyərlərə sadiq qalan Kapital Bank müqəddəs Ramazan bayramı ərəfəsində iftar süfrəsi açıb. İftar məclisində Bankın qonaqları media nümayəndələri olub. Şəffaflıq prinsipini özünün əsas korporativ dəyərlərindən biri kimi müəyyənləşdirmiş Kapital Bank cəmiyyətdə şəffaflığın əsas təminatçılarından olan media ilə təmasları daha da genişləndirmək niyyətindədir.
“FINCA Azerbaijan” Qəbələ və İsmayıllı filiallarının uğurlarına həsr olunmuş tədbirlər keçirdi
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 23 İyul 2014-cü il tarixində Qəbələ filialının yeni inzibati binasının açılış mərasimini həyata keçirdi. FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə yanaşı, göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaradır.
“Dəmirbank” ASC Sumqayıt filialında aparılmış araşdırmaların nəticələri barədə açıqlama
Dəmirbank ASC-nin Sumqayıt filialında Bankın Daxili Audit departamenti tərəfindən 23.06.2013-cü il tarixində aparılmış daxili araşdırmalar zamanı Bankda 2008-2011-ci illərdə çalışmış keçmiş müdir müavini Cabir Sultanovun, müştərinin əmanət hesabından vəsaitlərin mənimsənilməsi faktı aşkar olunmuşdur. İlk növbədə zərərçəkmiş şəxsə dəymiş ziyan Bank tərəfindən ödənilmişdir.
Worldcard-la World Üzv Geyim və Kosmetika mağazalarında alış-veriş et, 3 QAT bal qazan!
Yapı Kredi Bank Azərbaycan hər zaman olduğu kimi mütəmadi keçirdiyi kampaniyalarla öz müştərilərini sevindirməyə davam edir.
Azər-Türk Bank bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edir!
Hər zaman öz müştərilərini sevindirən Azər-Türk Bank Dünya müsəlmanları üçün müqəddəs olan Ramazan bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, sizlərə sülh və əmin-amanlıq arzulayır. Hər zaman ailəniz və sevdiklərinizlə birlikdə xoş günlər keçirməyi və maraqlı anlar yaşamağı diləyirik.
Kapital Bankdan Xocalı köçkünlərinə dəstək
Sosial məsuliyyət layihələrini uğurla davam etdirən Kapital Bank Ramazan bayramı ərəfəsində də nəcib bir təşəbbüsə imza atıb. Bank Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək göstərməyə qərar verib. Bankın maliyyə dəstəyi ilə onlar üçün yeni su hövzəsi tikilməkdədir.