Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.75%-dən 9.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 11.25%, aşağı həddi isə 7.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 1 fevral 2019-cu ildən qüvvəyə minir.
Mərkəzi Bankın faizləri endirməsinin səbəbləri