Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.
“Bank Respublika”nın xalis mənfəəti 3 dəfə artıb!
Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.
Bank VTB (Azərbaycan) “Fərdi bank seyfləri” xidməti üzrə qiymətləri endirib. İndi icarə haqqı seyfin ölçüsündən və icarə müddətindən asılı olaraq 0,50 manatdan başlayır. İcarənin minimal müddəti 5 gün, maksimal – 12 ay təşkil edir.
Yeni şərtlərə görə, müştəridən açarın qorunması üçün girov tələb olunmur.
Xəbər verdiyimiz kimi, “TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə “Nikoil” İnvestisiya-Kommersiya Bankı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişə görə, “TBC Bank”ın Azərbaycanda törəməsi “TBC Kredit” bank olmayan kredit təşkilatı “Nikoil Bank” ilə birləşəcək. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı müştəriləri üçün daha bir imkan yaradıb. Bu banka bəzi ödənişləri indi vaxt itirmədən “E-manat” terminallarında da rahatlıqla aparmaq olar. Banka aylıq kredit borclarını bu terminallarda ödəmək mümkündür.
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci birinci yarısını mənfəətlə bitirib. İlk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib.
Ötən yarımilliyin nəticələrinə əsasən Bank “BTB” ASC mənfəətin artımını müşahidə etmişdir. Hesabata əsasən 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 449.09 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.39 %-ə yaxın artım deməkdir. Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 931.2 min. manatdan 189 556 min manata çatıb.
Azərbaycanın bank sistemində daha bir maraqlı birləşmə gözləniir. Gürcüstanın TBC Bankının Azərbaycandakı törəməsi olan TBC kredit və ölkəmizdə fəaliyyət göstərən Nikoyl bank birləşəcək. Artıq tərəflər arasında bununla bağlı razılaşma imzalanıb.
Azərbaycan Mərkəzi Bankı 26 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcəkdir.

1. Bank VTB (Azərbaycan) ASC
1 illik «HP 4 hour 24x7 Proactive Care SVC» alınması ilə əlaqədar
TENDER ELAN EDİR