Beləliklə, sizə arzuladığınız işdən müsahibə təklifi gəlib. Müsahibələr sizin işə götürülməyinizdə açar rol oynayır. Belə olduqda sizin verdiyiniz cavablar ən yaxşı namizəd olduğunuzu göstərməyiniz üçün mükəmməl fürsətdir. Bir çox hallarda belə müsahibələrdə verilən suallar ümumi xarakter daşısa da bu suallara verilən cavabların unikallığı və kreativliyi vacib rol oynayır. Bir çox hallarda ümumi sual olaraq “Özünüz haqda danışın” sualı verilir.
İş müsahibəsinin həlledici suallarını necə cavablandırmalı
