Banco.az | Tezliklə

Unibank bütün təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir

Unibank təqaüdçülər üçün daha bir kampaniya keçirir. İndi Unibankdan kredit alan bütün təqaüdçülər 10.000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. Bu gündən etibarən təqaüdü 100 manatdan başlayan istənilən təqaüdçü Unibank filialına yaxınlaşaraq, krediti  KOMİSSİYASIZ əldə etmək üçün müraciət edə bilər. Kampaniya martın 4-dək davam edəcək.

Azərbaycanca

"Bakıdan uçmaq Gürcüstandan 3 dəfə bahadır"

İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz “Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər?" sualına cavab verib.

Ekspert Facebook səhifəsində yazıb:

Azərbaycanca

Venesuela son üç ildə 38 mlrd. dollar itirib

Venesuelanın vitse-prezidenti Rikardo Menendes ölkənin ABŞ-ın son üç ildə tətbiq etdiyi iqtisadi və maliyyə qadağaları səbəbindən 38 milyard dollar itirdiyini bildirib.

Rikardo Menendes bunu AVN agentliyinə müsahibəsində deyib.

Azərbaycanca

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,59 dollar və yaxud 0,87% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,65 dollar təşkil edib.

Azərbaycanca

Minimum əməkhaqqının artımı ilə əlavə 150-200 milyon manat vergi və sığorta haqqı yığılacaq

Azərbaycanda minimum əməkhaqqının artırılması nəticəsində qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq.

Bu, Milli Məclisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının artırılması barədə sərəncamına dair hazırladığı arayışda qeyd edilib.

Azərbaycanca

30 bankdan 13-nün əməliyyat mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün ötənilki əməliyyat mənfəəti əvvəlki illə müqayisədə çox olub.

Undefined

Əhalinin gəlirləri 6,1 faiz, qiymətlər isə 1,7 faiz artıb

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 6,1 faiz artaraq 3 milyard 800 milyon manata çatmışdır.

Azərbaycanca

"Dollar ilin birinci yarısını 5.15 lirə səviyyələrində başa vuracaq"

Aparıcı maliyyə xidmətləri qrupu "Manulife" şirkətinin İnkişaf edən bazarlar üzrə strateqi Riçard Segal, Dollar/TL (Türk Lirəsi) məzənnəsi barədə proqnozlarını açıqlayıb.

Segal, məzənnənin ilin ilk yarısını 5.15 səviyyələrində başa vuracağını bildirib.

Azərbaycanca

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. 

Azərbaycanca

Rusiya neft hasilatına görə Səudiyyə Ərəbistanını keçib

2018-ci ilin dekabr ayında Rusiya gündəlik 10,738 milyon barel göstərici ilə neft hasilatı baxımından dünyada ikinci olub.

Bunu Neft Statistikası üzrə Birgə Təşəbbüs Təşkilatının (JODI) məlumatlarından görmək olar.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »