Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı bu il yanvarın 1-nə 25,2 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsinə görə, işçilərin sayında aylıq müqayisədə 100 nəfər və yaxud 0,4% artım qeydə alınıb.
Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı bu il yanvarın 1-nə 25,2 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsinə görə, işçilərin sayında aylıq müqayisədə 100 nəfər və yaxud 0,4% artım qeydə alınıb.
Topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan ticarət şəbəkələrində elektron qaimə-fakturaların tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə bəzi elektron media orqanlarında məlumat yayılıb.
Bu ilin yanvar ayında Azərbaycanın milli hava daşıyıcıları 163 200 sərnişin daşıyıb. Bu, 2018-ci ilin eyni dövründəkindən 3,8% azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Almaniya, keçən il 294 milyard dollar ilə dünyada tədiyyə balansı ən yüksək profisit verən ölkə olub. Almaniya ardıcıl üçüncü dəfədir birinci yeri tutur.
Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.
Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.
AccessBank müştərilərinin uğur hekayəsini paylaşmağa davam edir. Budəfəki qəhrəmanımız Şəkinin sayılıb-seçilən halvaçılarından biri olan Xanlar Rzayevdir. Sizi də şirin söhbətdən həzz almağa dəvət edirik.
İndiyədək Azərbaycanın dəniz yataqlarından ümumilikdə 1 mlrd. 67 mln. ton neft hasil edilib. Bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar və yaxud 1,09% ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,9 dollar təşkil edib.
Yalnız Azərbaycanda deyil, sərhəddən kənar bütün ölkələrdə keçərli olan taksit kartı - Smilecard cari ilin fevral ayından kredit məbləğini 4000 AZN – dək artırdı. Kifayət qədər geniş müştəri bazasına malik olan Smilecard öz imtiyazları ilə müştərilərinin sayını hər gün daha da artırır.
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ildən etibarən Kiçik və orta sahibkarlara dəstəyini genişləndirmişdir və onların fərdi ehtiyaclarına uyğun, gündəlik xərclərini optimallaşdıran, biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan verən məhsul və xidmətləri təklif edir.